• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament diplomatiyası 5 ildə Azərbaycana nə qazandırıb?

Parlament diplomatiyası 5 ildə Azərbaycana nə qazandırıb?
11.07.2015 15:58
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları Azərbaycanın beynəlxalq fəaliyyətində önəmli rolu oynayır. İşçi qrupları vasitəsilə Milli Məclisin deputatları həmin ölkələrin parlamentlərində Azərbaycanla bağlı məsələlərin, həqiqətlərin çatdırılmasında mühüm rol oyanıyırlar.

Bəs, 5 illik fəaliyyət dövründə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən hansı addımlar atılıb?

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Rövşən Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisdə dünyanın bir çox ölkələri ilə işçi qrupu çərçivəsində fəaliyyət aparılır.

"Təbii ki, bütün münasibətlər müsbət səviyyədədir və davam etdirilir. 2009-cu ildə Bundeqstaqda Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ədalətli mövqeyini əks etdirən çox ciddi qətnamə qəbul edilib.

Almaniya ilə münasibətlər inkişaf edən xətt üzrə gedir. Buna istinadən də Azərbaycan parlamenti öz fəaliyyətini davam etdirir. Təəssüflər olsun ki, son dövrlərdə Bundaqestaqın xoşagəlməz bir qətnaməsi olub və ona biz qəti etirazımızı bildirmişik. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, ədalətli mövqeyimizi bir daha çatdıra biləcəyik”.  

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Sevinc Fətəliyeva qeyd edib ki, 5 illik fəaliyyət müddətində parlamentin beynəlxalq əlaqələr istiqamətində çox böyük nailiyyətləri olub.

"Parlamentlərarası əlaqələrimiz daha da genişlənib. Dünyanın elə bir güşəsi yoxdur ki, orada son 5 ildə Azərbaycan deputatları ilə həmin ölkənin parlamentariləri arasında görüşlər, qarşılıqlı səfərlər olmasın. ABŞ-ın bir sıra ştatında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, Xocalı soyqırımını anma mərasimi, həmçinin həm Bakıda, həm də Vaşinqtonda Azərbaycan-ABŞ əlaqələrinə həsr olunan bir sıra konfranslar keçirilib.

ABŞ-ın 20-ə yaxın şatatı Xocalı soyqırımını tanıyıb və düşünürəm ki, bu, ən böyük uğurlarımızdan biridir. Cənubi Amerika ölkələri sırasında Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır. Azərbaycan parlament heyətlərinin orada çıxışları zamanı Dağlıq Qarabağ bir nömrəli məsələ kimi öz əksini tapır.

Xüsusilə Avropa Şurasında Dağlıq Qarabağ üzrə Alt Komitənin yaranması çox böyük əhəmiyyət daşıyır. Hazırda Dağlıq Qarabağla bağlı məruzə hazırlanır. Təəssüf ki, Ermənistan nümayəndə heyəti bu müzakirələrdə iştirakdan imtina edir. Amma bizim imkanımız var ki, öz sözümüzü, Azərbaycan haqqında reallıqları Avropa ictimaiyyətinə, avropalı həmkarlarımıza çatdıraq.  

Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Asim Mollazadə qeyd edib ki, Asvtraliya parlementində Azərbaycanın ərazi bütövlüyünün tanınması və ərazisinin işğalı ilə bağlı müvafiq qərarlar qəbul edilib: "İşçi qrupun Avstraliyaya səfəri olub. Parlament rəhbərliyi ilə müxtəlif görüşlər keçirilib. Azərbaycan parlament diplomasiyası son illərdə öz işini gücləndirib. İşçi qruplarının sayı artıb və onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün iş görür, görüşlər keçirir. Bu istiqamətdə parlament diplomatiyasını gücləndirərək Azərbaycanın mənafeyinin daha da güclənməsinə çalışırıq”.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol