• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda halal restoranlar olacaq

Azərbaycanda halal restoranlar olacaq
13.07.2015 15:31
Tələblər müəyyənləşib.

Azərbaycanda halal restoranlar yaradıla bilər. 

ANN.Az Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, artıq bununla əlaqədar olaraq Azərbaycanda halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətlərinə olan tələblər müəyyənləşib.

Tələblərə görə, Halal sertifikasiya orqanı 2 heyətdən ibarət olmalı, onlardan biri texniki auditor və digəri isə İslami məsələlər üzrə ekspert kimi fəaliyyət göstərməlidir.

Bundan əlavə, komitə bildirib ki, texniki auditor müvafiq sənayedə minimum 5 il iş təcrübəsinə, o cümlədən son 2 ili keyfiyyət təminatı sahəsində iş təcrübəsinə malik olmalıdır.

"Əgər auditor müvafiq xüsusi təhsil alibsa, ümumi iş təcrübəsinin cəmindən 1 il azaldıla bilər”.
 
"Texniki ekspertlərə gəlincə, halal sertifikasiya orqanı təmin etməlidir ki, texniki ekspertlərin texniki sahələrində ən azı 4 il iş təcrübəsi olsun. Halal sertifikasiya orqanı İslami məsələlər üzrə ekspertlərin halal sertifikasiya sahəsi ilə bağlı ən azı 4 il iş təcrübəsinin olduğuna zəmanət verməlidir” - deyə, komitə vurğulayıb. 

Komitə həmçinin halal sertifikatın üç il müddətinə etibarlı olduğunu da qeyd edib. 

Onu da əlavə edək ki, komitə standartlara cavab verməyən müəssisələrin dayandırılmasını da istisna etmir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol