• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr mövsümü başa vurdu - Fotolar

Musiqili Teatr mövsümü başa vurdu - Fotolar
13.07.2015 13:25

Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü iyulun 12-də başa vurub.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, 105-ci mövsümün yekunuyla bağlı tədbir keçirilib. Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbirdə hesabat xarakterli çıxış edib. "Yekunlaşdırdığımız mövsüm boyu bir çox uğurlara imza atdıq. Bir sıra tədbirlər keçirtdik, yeni tamaşalar təhvil verdik. Xüsusilə I Avropa Oyunları zamanı ölkəmizə gəlmiş qonaqlara göstərdiyimiz xidmətlə fərqlənməyi bacardıq. Hər zaman olduğu kimi bu ildə teatrımızla tamaşaçılar arasında mövcud olan həmrəyliyi qoruyub saxlamaqla yanaşı, bir qədər də inkişaf etdirdik. Senytabrın 10-da 106-cı teatr mövsümünə start verəcəyik. Artıq biz indidən həmin açılış mərasiminə hazırlaşmağa başlamışıq. Bir çox yeni planlarımız, ideyalarımız var. İnanırıq ki, 106-cı mövsümdə yeniliklərimizlə, sürprizlərimizlə tamaşaçılarımızı sevindirə biləcəyik”, - deyə Əliqismət Lalayev bildirib.
 
 
Sıravi tamaşaçılarla yanaşı, möhtəbər qonaqların da qatıldığı  mərasimin sonunda mövsümün son tamaşası – dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” komediyası bir daha alqışlarla qarşılanıb. Qeyd edək ki, tamaşa bu il Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatına layiq görülüb.
Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası,  Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa ediblər.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol