• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda unun qiyməti nə üçün qalxıb? - AÇIQLAMA

Azərbaycanda unun qiyməti nə üçün qalxıb? - AÇIQLAMA
13.07.2015 16:20
Azərbaycanda unun qiyməti 10 faizdən çox artıb. Çörəkbişirmə ilə məşğul olan sahibkarlar əvvəllər 16 manata aldıqları 50 kiloqramlıq un kisəsini indi 17,8-17,9 manata əldə edirlər - bu haqda məlumatı kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov öz "Facebook" səhifəsində paylaşıb.

ANN.Az xəbər verir ki, ekspert taxıl biçini mövsümündə unun qiymətinin artmasını əmtəəlik buğdanın az olacağı ilə əlaqələndirib: "Əslində mövsümə görə unun qiyməti enməli idi. Özü də dünya bazarında təklifin artması fonunda tələbin azalması müşahidə edilir. Un ixracı ilə məşğul olan ölkələr təklif etdikləri məhsulun qiymətini aşağı salıblar. Ukrayna bir həftə əvvəl əla növ unun 1 tonunu 220-225 dollara satırdı, indi 205-215 dollara endirib. 210-215 dollara təklif olunan 1-ci növ un isə indi 195-205 dollaradır. Azərbaycanda isə un (əla növ) istehlakçılara dünya bazarındakı qiymətlərdən 60 faiz baha, 340 dollara təklif olunur”.
 
Ekspert məsələ ilə əlaqədar ANN.Az-a açıqlamasında qeyd edib ki, un idxalı, istehsalı, topdan satışı, bütün bunlar demək olar ki, inhisardadır: "İnhisarda olduğuna və bu sahədə rəqabət mühiti olmadığına görə" qiymətlər inhisarçının diktəsi ilə formalaşır. Qiymətləri bazar yox, təklif-tələb deyil, məhz inhisarçılar formalaşdırır. Mövsüm olduğuna görə, taxıl sahələrində biçin işləri davam etdirilir. İddia edilir ki, ölkədə daha çox buğda istehsal olunur. Digər tərəfdən ölkəyə əvvəlki illərlə müqayisə 2 dəfə artıq ərzaq buğdası idxal olunur. Bir tərəfdən idxalın 2 dəfə artması, digər tərəfdən iddia edilən istehsal artımı - belə olan halda unun qiymətinin artması paradoksdur. Bu əslində ondan xəbər verir ki, ölkədə ərzaq buğdası istehsalı, ciddi şəkildə azalıb". 
 
Orxan Aslanlı

 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol