• $
  • €
  • ₽
  • ₺
  • £

"Daha 3 bank bağlanacaq" - AÇIQLAMA

"Daha 3 bank bağlanacaq" - AÇIQLAMA
13.07.2015 16:07
İlin sonuna kimi daha 3 bankın da bağlanacağı gözlənilir - bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Qeyd edək ki, bu gün Mərkəzi Bank bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən 2 bankın taleyi müəyyənləşdirilib. Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında "EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, "Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.
 
 
 
İqtisadçı ekspert bir bankın fəaliyyətinin məhdudlaşdırılması, digərinin isə fəaliyyətinin müvəqqəti bağlanması haqqında fikirlərini bildirərkən vurğulayıb ki, "EuroBank"  qeydiyyatdan keçsə də demək olar ki, fəaliyyət göstərmirdi: "Təbii ki, fəaliyyət göstərmədiyi bir bankın lisenziyasının ləğv edilməsi haqqında qərar çıxarılması düzgün addımdır. "Azərbaycan Kredit Bankı" "EuroBank"a nisbətən fəaliyyət  göstərsə də bu o demək deyil ki, onun fəaliyyətini müsbət qiymətləndirmək olar. Bu bankın da fəaliyyətində kifayət qədər geriləmələr müşahidə olunurdu. "Azərbaycan Kredit Bankı"nın bank aktivləri də kifayət qədər az idi və bankın məcmu kapitalı 50 milyonu ötmürdü. Bu da Mərkəzi Bankın məcmu kapitalla bağlı qoyduğu öhdəliklərə cavab verməmək deməkdir.  Bütün bunlarında nəticəsi idi ki, bu bankın da fəaliyyətinə məhdudiyyət qoyuldu. Sözü gedən bankların birinin bağlanması, digərinin isə fəaliyyətinə məhdudiyyət qoyulması bank sektoruna heç bir təsir göstərməyəcək”.
 
Mərkəzi Bankın bu iki bankdan başqa bağlanma ehtimalı olan digər üç bank məsələsinə aydınlıq gətirən ekspert qeyd edib ki, bu bankların da öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı faktlar var: "Bu 3 bankın 2015-ci ilin sonu 2016-ci ilin əvvəllərində bağlanacağı istisna edilmir. Mərkəzi Bank ötən il müəyyən etdiyi 5-ə qədər bankın fəaliyyətinin məhdudlaşdırılıması  prossesi davamlı ola bilər. Güman edilmir ki, yaxın zamanlarda bir çox bankların fəaliyyətinin məhdudlaşacağı gözlənilir".
 
Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol