• $
  • €
  • ₽
  • ₺
  • £

Ramazan zəkatının məbləği açıqlandı

Ramazan zəkatının məbləği açıqlandı
14.07.2015 16:03
Bu il Ramazan ayı ilə bağlı veriləcək zəkatın məbləği 5-10 manat arası olmalıdır. Amma arzu edənlər bu məbləği artıra da bilərlər. 

ANS PRESS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev deyib. 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və Elmi-Dini Şurasının fətvasında da bildirilib. 

Onun sözlərinə görə, imkanı olan hər bir ailə fitrə zəkatı verməlidir və bunu gözəl şəkildə etməlidir. "İnsanlar xəsislik etməməlidirlər. Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Əgər ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Amma bayram vaxtı səfərdə olan adamın və ya hələ doğulmamış uşağın adından zəkat verməyə ehtiyac yoxdur", - deyə Hacı Fuad bildirib.

Sədr müavini qeyd edib ki, zəkatın pulla verilməsi vacib deyil. Bu ərzaq formasında da ola bilər. 

Fitrə zəkatı olaraq ən çox yeyilən qidaların minimum 3 kq-ı müəyyən edilib. Buna görə zəkat verənlər 3 kiloqram un və başqa ərzaq da verə bilərlər. 

"Əgər ailənin başçısı başqa yerdədirsə və pul xanımdadırsa, gecikməsin deyə evin xanımı hər bir ailə üzvünün adından zəkat verə bilər".

Fuad Nurullayev fitrə zəkatının verilmə vaxtı haqqında danışarkən bildirib ki, zəkat bayram axşamı günbatana qədər verilməlidir. Bu, ona görədir ki, imkanı olmayan ailələr də bayram günü süfrə aça, bayramı qeyd edə bilsinlər. Amma əgər kimsə bayram namazına qədər çatdıra bilmirsə, çalışsın ki, zəkatı namazı qılandan sonra mümkün qədər tez versin. 

"Onu da deyim ki, əgər bir neçə nəfər eyni ailəyə zəkat vermək istəyirsə, yaxşı olardı ki, ailənin payı etibar edilən bir nəfərə verilsin və həmin adam zəkatı ailəyə çatdırsın".





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol