• $
  • €
  • ₽
  • ₺
  • £

"AZAL" qəza ilə bağlı açıqlama verdi

"AZAL" qəza ilə bağlı açıqlama verdi
29.05.2020 05:13
"Silk Way" aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarə, HAECO şirkətində D Check-dən keçib. D Check qurtardıqdan sonra normal prosedur kimi sınaq uçuşu planlaşdırılıb, ancaq, baş verən hava hadisələri ilə əlaqədar bu uçuşun həyata keçirilməsi yubanıb. 14 iyul 2015 tarixində yerli vaxtla saat 06.00-da (22.00 UTC) təyyarənin sınaq uçuşu üçün hazırlığı verilib ve təyyarə havaya qalxıb. Təyyarə havaya qalxdıqdan sonra təqribən 500 feet(170 meter) hündürlükdə olarkən, 3 nömrəli mühərrikdə pompaj hadisəsi baş verib və təyyarənin kapitanı sınaq uçuşunu ləğv edərək, dərhal həmin aeroporta geri qayıdıb. Təyyarə uğurla yerə endikdən sonra keçirilən texniki baxışda, 3 nömrəli mühərriyin işə yararsız olduğu aşkar olunub.
 
 

Bunu "Azərbaycan Hava Yolları" QSC-nin Honq Konq Beynəlxalq Hava limanında Azərbaycanın "Silk Way West Airlines" şirkətinə məxsus yük təyyarəsində qəza vəziyyətilə bağlı "Report"un sorğusunda cavabında bildirib.

 

 

Məlumatda daha sonra bildirilir ki, "Silk Way" aviaşirkəti, dərhal ehtiyat mühərriyini HAECO şirkətinə göndərib. Təyyarədən sökülən mühərrik, "Silk Way" aviaşirkətinin mühərrikin istehsalçısı olan "Rolls Royce" şirkəti ilə bağladığı Total Care anlaşmasına uyğun olarak "Roll Royce" şirkətinin zavodlarında təmir olunacaq. Aşkar olunan nasazlıq ve havada baş verən hadisənin səbəbi keçiriləcək baxışdan sonra aydınlaşacaq.

 

 

Xatırladaq ki, "Report"un "Apple Daily"-yə istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxdıqdan dərhal sonra, sınaq uçuşu həyata keçirməli olan Boeing 747-400 mühərrikində yanğın baş verib.

 

 

Hava gəmisinin göyərtəsində beş nəfər olub və təyyarə yüklü deyildi.

 

 

Verilən məlumata görə, təyyarə müvəffəqiyyətlə yerə endirilib və xəsarət alan olmayıb. Hava limanı fəaliyyətini normal qaydada davam etdirir.

Qeyd olunur ki, bir qədər əvvəl təyyarədə təmir işləri görülüb və o, sınaq uçuşunu həyata keçirməli idi.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol