• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondundan Çin səhmlərinə investisiya ilə bağlı - AÇIQLAMA

Dövlət Neft Fondundan Çin səhmlərinə investisiya ilə bağlı - AÇIQLAMA
15.07.2015 15:44
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, bir sıra mətbuat orqanlarında ARDNF-nin Çin səhmlərinə investisiya etməsi ilə bağlı yanlış məlumatlar yayılıb.

ARDNF bütün qiymətli kağızlar bazarlarını həmçinin, Çinin də qiymətli kağızlar bazarlarını yaxından izləyir, təhlil edir və investisiya qərarlarını bunun əsasında formalaşdırır. Fond Çin səhm bazarında baş verən dəyişikliklərdən xəbərdardır və diqqətlə izləməkdədir.

Oxu.Az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Fond bildirirb ki, Çinin qiymətli kağızlar bazarlarına investisiya yatırmaq üçün 2 fərqli lisenziya növü mövcuddur. Birinci növ lisenziya Çinin Mərkəzi Bankından (PBOC) alınır və yalnız Çinin birjadankənar istiqraz bazarlarında investisiya edilməsinə imkan tanıyır.

İkinci növ lisenziya (QFII) Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasından (CSRC) alınır və həm səhm bazarına, həm də birjadakı istiqrazlara investisiya edilməsinə icazə verir. Hal-hazırda Fond tərəfindən Çinin Mərkəzi Bankından (PBOC) alınmış müvafiq lizensiya çərçivəsində 3 milyard Yuan məbləğində vəsait yalnız Çinin dövlət və agentliklərinin istiqrazlarına yerləşdirilib.

 "İstiqraz və səhmlər mahiyyət etibarı ilə fərqli maliyyə alətləri olduğu üçün iqtisadiyyatın fərqli dövrlərində fərqli qiymətləndirmə tələb edir. ARDNF hazırda Çinin yavaşlayan iqtisadiyyatı və buna paralel olaraq mərkəzi bankın stimullaşdırıcı siyasəti fonunda istiqrazlara investisiyanı məqsədəuyğun hesab edib. Məhz buna görə də Çinə ilk investisiya qoyuluşu yolu kimi yalnız istiqrazlar seçilib”-deyə, ARDNF qeyd edib.

Fond qeyd edib ki, səhmlərə investisiyalara gəldikdə isə, bu məsələ ARDNF-nin uzunmüddətli planları arasındadır:

"Belə ki, hal-hazırda səhmlərə investisiya imkanı verən ikinci növ lisenziyanın alınması üçün Çinin müvafiq qurumuna müraciət hazırlanmaqdadır. Lizensiyanın alınması prosesi bir ilə yaxın vaxt tələb edir. Hətta lisenziya alındıqdan sonra belə ARDNF Çinin səhmlərinə investisiya ilə bağlı son qərarı bu bazarların təhlilindən sonra verəcəkdir”-deyə, ARDNF əlavə edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol