• $
  • €
  • ₽
  • ₺
  • £

"Sarı zolaq"da bu maşınların hərəkəti qadağan edildi

"Sarı zolaq"da bu maşınların hərəkəti qadağan edildi
15.07.2015 16:09
5 tondan artıq çəkisi olan yük maşınlarının yola daxil olması qadağandır.

"Avropa Oyunları zamanı çəkilmiş "sarı zolaqlar”dan minik avtomobilləri və ictimai nəqliyyat vasitələri iyulun 1-dən etibarən rahat şəkildə istifadə edirlər. Amma bu icazə yük avtomobillərinə aid deyil”.

Bu sözləri ANS PRESS-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Birinci Avropa Oyunları vaxtı "sarı zolaqlar”qadağası qüvvədə olsada, oyunlar bitdiyi üçün zolaqlar yenidən avtomobillərin istifadəsinə verilib. Lakin bəzi istiqamətlərdə sarı zolaqların saxlanılması nəzərdə tutulub.

Vaqif Əsədovun sözlərinə görə, bu istiqamətlərdə xüsusi işarələr qoyulub. O həmçinin zolaqların qüvvədə saxlanıldığı yollarda "sarı zolağa” 5 tondan artıq çəkisi olan yük avtomobillərinin daxil olmasının qadağan olduğunu bildirib. 

Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. 

Birinci Avropa Oyunları ilə əlaqədar çəkilən "sarı zolaqlar" qadağası "sarı zolağ” qadağası iyunun 3-dən etibarən qüvvəyə minib. Oyunlar bitdikdən - 28 iyun bağlanış mərasimindən sonra isə bu qadağanın müddəti daha 10 gün müddətində uzadılmışdı. 

Xatırladaq ki, oyunlarla bağlı olaraq rayon qeydiyyatında olan maşınların da şəhərə girişi məhdudlaşdırlmışdı. Onların dayanması üçün paytaxtın girişində iki dayanacaq fəaliyyətə başlamışdı.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol