• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Yay Enerji Məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində

Bakı Yay Enerji Məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində
16.07.2015 18:42
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin və SOCAR-ın  birgə təşkil etdiyi 9-cu Bakı Yay Enerji Məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) olublar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-də görməkdən məmnunluğunu bildirib. Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri və yarandığı qısa müddət ərzində əldə etdiyi uğurlardan söz açıb. Azərbaycanda yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasının BANM-in əsas hədəfi olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın neft və qaz hasilatında tarixi rolundan danışıb. 

Rektor Elmar Qasımov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu enerji strategiyası nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni yataqların kəşf olunduğunu nəzərə çatdırıb. O deyib ki, uğurlu neft strategiyası sayəsində ölkənin enerji təhlükəsizliyi təmin olunub, bu bölgə enerji təhlükəsizliyində Azərbaycan kimi etibarlı təchizatçı qazanıb.

Xatırladaq ki, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı ilə 4-17 iyul, 2015-ci il tarixlərində 9-cu Bakı Yay Enerji Məktəbini keçirir. Bu il məktəbə 17 ölkədən 47 iştirakçı qoşulub.

Qeyd edək ki, iki həftəlik məktəb ərzində iştirakçılar enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası və digər fundamental mövzularla yanaşı, enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda da mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanacaqlar. İki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın strateji perspektivləri kimi məsələlərlə geniş şəkildə tanış olacaqlar. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol