• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq
17.07.2015 14:34
Bayram və istirahət günləri ilə əlaqədar olaraq Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunmaqdadır.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhəddində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, nəqliyyat vasitələri üçün nəzərdə tutulan 2 keçid xətti əvəzinə 4 keçid xətti fəaliyyət göstərir və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilə görüşündə də bu kimi halların qarşısının alınması üçün iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsinin, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılmasının zəruriliyi vurğulanıb. Həmin görüşdə gömrük-sərhəd keçid məntəqələrində mütəmadi olaraq ikitərəfli görüşlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Ramazan bayramı ilə bağlı Azərbaycan 4 gün qeyri-iş günü olacaq. Məhz bu səbəbdən vətəndaşlar rayonlara və qonşu ölkələrə istirahətə yollanır. Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq.

18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 20 iyul qeyri-iş günüdür. Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü olacaq. Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol