• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimi müavininin evi qarət olundu - FOTO

İcra hakimi müavininin evi qarət olundu - FOTO
28.05.2020 21:03
Zaqatala şəhərində vəzifəli şəxslərin evi qarət edilib.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Zaqatala şəhərində, Həzi Aslanov küçəsi ev 49 ünvanında yaşayan Həmzə İmran oğlu Süleymanov iyulun 12-dən 13-nə keçən gecə yaşadığı evin qarət edilməsi və mənzilindən xeyli miqdarda qızıl-zinət əşyalarının oğurlanması barədə polisə yazılı müraciət edib.
 
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həmzə Süleymanova məxsus evdən oğurluq edən şəxslərin Zaqatala şəhər sakinləri - 1990-cı il təvəllüdlü Nəzir Məhəmməd oğlu Qarayev və 1989-cu il təvəllüdlü Nurlan Rəfayıl oğlu Musayev olduğu müəyyən edilib. Keçirilmiş tədbirlər nəticəsində Nəzir Qarayev və Nurlan Musayev tutularaq istintaqa təhvil verilib.
 

 
Aparılmış ilkin istintaq zamanı məlum olub ki, təqsirlənən şəxslər H.Süleymanovun mənzilindən 6000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyaları, 41 manat və 30 ABŞ dolları nəğd pul oğurlayıblar.
 
Faktla bağlı Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.
 
Qeyd edək ki, evi qarət olunan H.Süleymanov Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır. H.Süleymanovun həyat yoldaşı Vəfa Süleymanova isə Zaqatala rayon İcra Hakimiyyəti başçısının Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavinidir. 
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol