• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda ildırım sürətli müharibə

Qarabağda ildırım sürətli müharibə
28.05.2020 21:59
Moskva İrəvana, İrəvan isə Xənkəndiyə əmr verib ki, ətraf ərazilər boşaldılsın.

"Əminəm ki, Qarabağ münaqişəsinin həlli üzrə əsas danışıqlar ATƏT-in Minsk qrupunun müstəvisindən kənarda aparılır”.

ANS PRESS-in məlumatına görə, bunu politoloq Qabil Hüseynli Avropa Şurasının sədri Donald Tuskun İrəvana bu gün etdiyi səfəri şərh edərkən bildirib.

"Düşünürəm ki, danışıqlar pozitiv istiqamətə doğru irəliləyir və tezliklə yalnız Laçın və Qayğı qəsəbəsi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarıla bilər”, - deyə politoloq ANS PRESS-ə bildirib. 


Politoloq Qabil Hüseynli

Politoloq fikirlərini erməni qəzetlərinin bu gün dərc etdiydi bir faktla əsaslandırmağa çalışır. Erməni dilində çıxan həmin qəzetlər yazır ki, Moskva İrəvana, İrəvan isə Xankəndiyə əmr verib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş bütün ərazilər boşaldılsın və ordakı infrastruktur məhv edilsin. 

Lakin erməni qəzetlərinin yazdıqları bu gün İrəvanda Donald Tuskla görüşən prezident Serj Sarkisyanın nümayiş etdirdiyi mövqeyə uyğun gəlmir. Görüş zamanı Donald Tusk Avropa Birliyinin (AB) Azərbaycanla Ermənistan arasında dialoqun güclənməsini və istənilən barışıq səylərini dəstəklədiyini vurğulayıb. 

Serj Sarkisyan isə Avropa Şurasının sədrini əmin etməyə çalışıb ki, Qarabağ üzrə danışıqları ATƏT-in Minsk qrupunun çərçivəsindən kənara çıxarmaq səylərinin heç bir əsası yoxdur: "Azərbaycan danışıqlar prosesinin məğzini nə qədər dəyişməyə çalışsa da, Dağlıq Qarabağ əhalisinin azad iradə ifadə etməsinə artıq heç kimi etirazı yoxdur və mənim bəyanatımla bu bir daha təsdiq edilir”.

Göründüyü kimi, erməni lider avropalı qonağın yanında Rusiyadan gələn əmrlərə boyun əymədiyini iddia etməyə çalışır. Ola bilər ki, Rusiya da Qarabağ məsələsini təkbaşına həll etmək məsələsinə gündəmə gətirməklə Avropa Birliyi və bütövlükdə qərblə bazarlıq etmək istəyir.

Təbii ki, Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda həll edilməsi qərbi Cənubi Qafqazdan bir dəfəlik kənarlaşdıra bilər. Moskva Brüsseli sakitləşdirmək üçün bu məsələni ən sonda Minsk qrupunun çətiri altına sala bilər. Amma bu da Qərbin regionu tərk etməsi olacaq. Donald Tusk kimi Avropa siyasətçilərinin regiona səfərləri də məhz qərblə Moskava arasında gedən bu ziddiyyətli danışıqlar prosesinin bir hissəsi ola bilər. Yəni bu məsələ ilə bağlı Moskvaya tam etibar eləmək mümkün deyil. 

"Biz bu məsələdə ehtiyatlı davranmalıyıq və mütəmadi olaraq ordumuzun gücünü artırmalıyıq. Bəlkə də, məsələnin həlli ildırım sürətli bir hərbi əməliyyatdadır. Belə əməliyyət bizə Dağlıq Qarabağ ətrafı rayonları çox sürətlə geri qaytarmağa imkan yaradar. Mən sizə deyim ki, bu, Serj Sarkisyan üçün də çıxış yolu olar. Hər halda, Dağlıq Qarabağın erməni yaşayış məntəqələri onların əlində qalacaq. Erməni xalqına isə ordunun strateji yüksəkliklərdə müdafiə mövqeyi tutduğunu deyərlər. Danışıqlar prosesi isə növbəti mərhələyə qədəm qoyar”,- deyə Qabil Hüseynli vurğulayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol