• $
  • €
  • ₽
  • ₺
  • £

Londonun mərkəzində Yapon adası – REPORTAJ

Londonun mərkəzində Yapon adası – REPORTAJ
22.07.2015 09:12
Rüstəm Qasımov

İngiltərə özünün parklarıyla məşhurdur. Əgər Dumanlı Albiona yuxarıdan quş baxışıyla baxsanız, gözünüzə ilk sataşan yaşıl örtüklə örtülmüş böyük ərazilər olacaq. Burada mənzərəli yaşıl sahələr, çoxəsrlik meşəliklər və alp çəmənlikləri mövcuddur. 

London parklarının böyük əksəriyyəti iri, hündür ağaclıq ərazilərdən ibarətdir. Parklardakı böyük yaşıl çəmənliklərdə uşaqlar futbol oynayır, adamlar itləriylə gəzişir, bəziləri sadəcə uzanıb istirahət edir, kitab oxuyur və təbiətdən zövq alırlar.  

Bir çox parlka balaca göllər və gölməçələr var, burada durna, qu quşu, ördək və digər quş növləri məskən salıblar. Ancaq biz bu gün sizinlə elə bir parka baş çəkəcəyik ki, bura ənənəvi ingilis parkından tamamilə fərqlənir. Bu balaca park Londonun ən romantik, sakit və dinc parklarından biri olan Holland parkda yerləşir. Kioto baxçaları sakitlikdə dincəlmək istəyənlər üçün ideal yerdir, burada ancaq şəlalədən gələn suyun səsi sakitliyi pozur, vəssalam. 
 


Doqqazdan balaca hasarla əhatələnmiş parka daxil olanda, qarşınıza bu lövhə çıxır. 
 


Parkın administrasiyasının qoyduğu qaydalara əsasən, Fukisima bağının ziyarətçiləri olduqları əraziyə hörmət etməli, özləriylə və onları əhatələyən mühitlə harmoniya içərisində olmalıdırlar. Bundan başqa, ziraətçilərdən xahiş olunur ki, bağa gələrkən, özləriylə it gətirməsinlər və uşaqlara qaçdı-tutdu oynamağa icazə verməsinlər, bunun əvəzində, bu bağlarda hökm sürən sakitçilikdən dinclik tapsınlar. 
 


Parkda rəngarəng yarpaqları olan ağaclar bitir.  
 


Mənim parka ziyarətim aprel ayına, əksər ağacların çiçəklədiyi vaxta təsadüf etmişdi. 
 


Parkda sudaüzən quşlar məskən salıb. Onların arasında günəşin şüaları altında dincələn mavi vağ xüsusilə mənim diqqətimi cəlb etdi.
 


 
Yuxarıda yazdığım kimi parkda təmiz suyu olan balaca göl mövcuddur.
 
 

Gölün ortasında qənbər daşlardan düzəldilmiş balaca adacıq mövcuddur. 
 


Ancaq bu gözəl mənzərəli yerə ən çox yaraşıq verənlərdən biri koi balıqlarıdır, onlar vaxtilə Çindən dünyaya yayılaraq məşhurlaşıblar. İndi Yaponiya koi balıqlarıyla məşhurdur, bu canlı Yaponiyada fermalarda bəslənilərək yetişdirilir və çox vaxt dünyanın müxtəlif bölgələrində keçirilən balıq festivallarında əksər vaxt ilk pillələrdə qərarlaşırlar. Ona görə də, yapon bağını bu balıqsız təsəvvür etmək çətin məsələdir. 
 



Ənənəyə uyğun olaraq, ziyarətçilər suya qəpik atırlar, ona görə də gölün dibi ən müxtəlif ingilis qəpikləriylə doludur. 
 


Parkın cığırlarına çınqıl döşənib, çəmənlik səliqəli şəkildə kəsilib. 

Əgər siz istirahət etmək istəsəniz, bunun üçün parkda skameykalar mövcuddur, siz burada sakitlikdə otura, stres ata və dincələ bilərsiniz...
 


























www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol