• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı-Supsa kəməri ətrafında baş verənlər Gürcüstanın siyasi məsələsidir"

"Bakı-Supsa kəməri ətrafında baş verənlər Gürcüstanın siyasi məsələsidir"
22.07.2015 18:46
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı-Supsa boru kəməri ətrafında baş verən hadisələrə münasibət bildirib.

"APA-Economics”in xəbərinə görə, R. Abdullayev bildirib ki, Azərbaycanın bütün boru kəmərləri işlək vəziyyətdədir və bütün işlər öz qaydasında həyata keçirilir.

"Supsa kəmərinə gəldikdə, bu, Gürcüstanın siyasi məsələsidir. Biz siyasi məsələlərə qarışmırıq. Texniki cəhətdən bizim bütün kəmərlərimiz buna hazırdır"

Xatırladaq ki, Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze APA-nın Gürcüstan bürosuna bildirib ki, Rusiya sərhədçiləri tərəfindən Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükə yaranarsa biz alternativ layihəmizi həyata keçirəcək.  Onun sözlərinə görə, Bakı-Supsa layihəsi ilə bağlı 2008-ci ildən etibarən problemlər yaşanır: "BP şirkəti avqust müharibəsindən sonra borunun 1,5 kilometrlik hissəsinə nəzarət edə bilmir. Çünki bu sahəyə rus hərbiçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var".

Onun sözlərinə görə, Gürcüstan hökumətinə "osetinlərlə dil tapmağı təklif edirlər".

"Onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Bu isə Gürcüstan üçün qəbul edilməzdir", - K. Kaladze bildirib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol