• $
  • €
  • ₽
  • ₺
  • £

Dəniz Akademiyasına rektor təyin olundu - SƏRƏNCAM

Dəniz Akademiyasına rektor təyin olundu - SƏRƏNCAM
24.07.2015 18:18
Bu barədə prezident İlham Əliyevin sərəncam verdi.

Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin olunub. 

Dövlət başçısı İlham Əliyev bu haqda müvafiq sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Çingiz Mansur oğlu Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Ç.Əliyev bundan əvvəl Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

İlham Əliyev idmançılar üçün mükafatları müəyyən etdi

Xatırladaq ki, Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmış və çox şərəfli tarixi inkişaf yolu keçib. Azərbaycan Respublikası Mərkəzi dövlət tarix arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi. Tədris ili 1 noyabrdan 1 aprelə kimi müddətdə (qış mövsümü ilə əlaqədar olaraq Həştərxana dəniz yolunun bağlı olması, buxarla işləyən və yelkənli donanmanın Bakı portunda qışlaması dövrü) təşkil edilirdi. Dənizçilik siniflərini hər il 25-30 nəfər gəmi sürücüsü və 15-18 nəfər şpiker bitirirdi. 1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açılıb.

1930-cu ilin martında hökumətin sənaye texnikumlarının sahələr üzrə yenidən təşkili haqqında qərarına uyğun olaraq 1 sentyabr 1930-cu ildə Bakı su yolları texnikumu Bakı dənizçilik texnikumu adlandırıldı. 1944-cü ilin martından Bakı dənizçilik texnikumu Bakı dəniz yolları məktəbi adlandırıldı. (anspress)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol