• $
  • €
  • ₽
  • ₺
  • £

Rayon maşınları Bakıya yalnız axşam saatlarında buraxılacaq – VİDEO

Rayon maşınları Bakıya yalnız axşam saatlarında buraxılacaq – VİDEO
29.05.2020 02:49
Abid Şərifov müsahibə verdi.

Başlayıblar ki, biz şəhərə rayondan gələn vətəndaşlarımızı buraxmırıq. Necə yəni buraxmırıq? Kim deyir onu? Biz deyirik ki, şəhərə girən avtomobillər 5 tondan yuxarı, gün ərzində, saat 9-10-a kimi buraxılmır.

Yəni hansı ölkəyə getmiş olsanız bu qayda-qanun var. 5 tonacan fərq etməz. Gəlir, şəhərə girir, çıxır işləyir. Problem yoxdur. 5 tondan yuxarı, gün ərzində şəhərin mərkəzinə girmək olmaz.

İstər bu inşaatla əlaqədar olsun, istər bizim şirkətlər olsun, istər digər, fərq etməz. Yalnız axşam saat 10-dan səhər 7-yə kimi işləmək olar. Bütün ölkələrdə bu, qəbul olunmuş qaydadır. İctimai nəqliyyatdan söhbət yoxdur ümumiyyətlə.

Yəni Azərbaycanın istənilən bölgəsindən şəhər istiqamətində gələn avtobuslar, dövlət maşınları, xüsusi maşınlar, yəni xüsusi təyinatlı maşınlar. Heç bir problem yoxdur.

Bu sözləri ANS-in aparıcısı Mirşahin Ağayevə müsahibəsində (videonun 14:12-ci dəqiqəsindən etibarən - red.) Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov bildirib.

Rayonlarda yaşayan vətəndaşlara müraciət edən Abid Şərifov onlardan paytaxtda axşam saatlarında gəlmələrini xahiş edib:

"Bəzi bizim mütəxəssislər və ya ekspertlərimiz deyirlər ki, axşam ən çox qəza vaxtıdır. Axşam şəhərə gələn şəhərdə oynamağa gəlmir ki, hansısa məqsəd üçün gəlir. Ya evinə gəlir, ya qonşusuna gəlir, ya bir iş dalınca gəlir. Çox gözəl. Gəlir-gəlsin. Xoş gəlib. Gözümüz üstə yeri var. Əgər gündüz vaxtı gəlirsə, oturub gözləməlidir həmin o duracaqda.

Maşını qoyub avtobusla gələ bilər, ya taksi ilə. Ödənişsiz dayanacaqdır, orada şərait yaradılıb insanlar üçün. Yəni söhbət avtomobildən gedir, insanlardan getmir. Kim istəyir gəlsin. Oradan da şəhərin istənilən istiqamətlərində avtobus marşurutları olaacaq, taksilər olaacaq. O ki, qaldı kimsə xüsusi maşında gəlir. Deyirik axşam gəl. Deyirlər ki. guya axşam-üstü ən çox qəza olur. Hardadı o hesabat? O hesabata ən çox baxan mənəm, bir komissiyanın sədri kimi. Yalnız şəhərdə də biz xüsusi tələblər qoyacağıq. Çünki şəhərdə istər işləyənlər üçün, yaşayanlar üçün normal şərait olmalıdır”.

Rayon avtomobillərinin axşam saatlarında Bakıya buraxılmasının şəhərdə tıxaclar yaradacağı barədə sualı cavablandıran A.Şərifov bildirib ki, gündüzlə gecə sıxlığını, axşam sıxlığını müqayisə etmək qeyri-mümkündür.

Komissiya sədri bildirib ki, şəhərdə tıxac yaradan rayon maşınları hardasa 60-80 min arasıdır:

"Yəni burada Sumqayıt da, Bakının ətraf qəsəbələrindən söhbət getmir. Bu, Azərbaycanın ayrı-ayrı rayonlarından gələn maşınlardır”.
 
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol