• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbində “Açıq qapı günü” keçirildi> FOTO

Bakı Ali Neft Məktəbində “Açıq qapı günü” keçirildi> FOTO
29.05.2020 02:21
1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov onları salamlayıb və imtahanda göstərdikləri yüksək nəticəyə görə ürəkdən təbrik edib. 

İlk olaraq E. Qasımov tədbir iştirakçılarını Ali Məktəbin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb.  O, bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara,  həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Müasir dövrdə  dünya əmək bazarında ən çox mühəndis kadrlara tələbat olduğunu vurğulayaraq  E.Qasımov bu peşəyə yiyələn abituriyentlərin BANM-də oxuyaraq gələcəkdə dünyanın ən iri neft-qaz şirkətlərində karyera qurmaq imkanı qazanacaqlarına və ən tələb olunan kadrlar olacaqlarına əminliyini ifadə edib. BANM-də BP, Statoil, Halliburton, Emerson, IBM və dünyanın bir sıra nüfuzlu digər neft-qaz şirkətlərinin tələblərinə uyğun kadr hazırlandığını qeyd edən, rektor bildirib ki, Ali Məktəbin bir sıra tələbələrinin indidən belə şirkətlərə işə dəvət olunması artıq BANM-in nüfuzunun və uğurlarının göstəricisidir. 

E.Qasımov SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində Ali Məktəbdə tələbələr üçün hər cür şərait yaradıldığını  qeyd edib. O, zəngin maddi-texniki bazaya malik olan BANM-in dünyanın bir sıra nüfuzlu təhsil ocaqları, neft-qaz və ölkədə fəaliyyət göstərən transmilli şirkətlər ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bu əməkdaşlıq sayəsində BANM-in tələbələri üçün geniş təhsil və gələcək karyera imkanları yaradılır.   Bununla Ali Məktəb tələbələrinə nəzəri biliklər verməklə yanaşı, onları praktiki təcrübəyə yiyələndirir və gələcəkdə ölkədə yüksək ixtisaslı peşəkar kadrlara tələbatın ödənməsinə zəmin yaradır. Rektor BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq etdiyini xatırladaraq bu əməkdaşlıq  çərçivəsində BANM-də tədrisin bu universitetin proqramları əsasında həyata keçirildiyini və Ali Məktəbin seçilmiş tələbələrinin hər il bir semestr ərzində Heriot-Vatt universitetinə təhsil almağa göndərildiyini deyib. 

Görüşdə iştirak edən BANM-in tələbələri abituriyentlərlə oxuduqları təhsil müəssisəsində verilən yüksək keyfiyyətli təhsil, tələbə həyatı və müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratları və fikirləri ilə  bölüşüblər. 

Görüş çərçivəsində rektor  Elmar Qasımov və tələbələr abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandırıblar. 

Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. 
 










www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol