• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR

Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
27.07.2015 16:31
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın Naxcıvan xanlığına məxsus olmuş iki bayragını aşkarlayıb.

Muzeydən Trend-ə verilən məlumata görə, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşünaslıq üzrə ixtisaslaşmış ilk yeni nəsil Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olarkən bayraq fondlarında Azərbaycanın Naxcıvan xanlığına məxsus olmuş iki bayragı aşkar edib.

Naxçıvana aid uzun zaman ərzində yalnız 1827-ci ildə Türkmənçay müqaviləsindən sonra naxçıvanlılardan ibarət "Gəngərli süvari dəstəsi”nin fəxri və döyüş bayrağı, həmçinin ”Naxçıvan bəy drujinası”nın döyüş bayrağı mövcud idi. Həmin bayraqlar rus-türk müharibəsinin ərəfəsində azərbaycanlılardan ibarət atlı müsəlman alaylarına təqdim olunub. Kəngərli süvari dəstəsinin döyüş və fəxri bayraqlarının üzərində Rusiyanın dövlət gerbi, ikibaşlı qartalın təsviri var. Naxçıvan bəy drujinasının döyüş bayrağının üz tərəfində yuxarıda qeyd olunan ikibaşlı qartal təsvir olunur, arxa tərəfində isə aypara rəmzi əks olunur. Bu günə kimi yalnız sözü gedən bayraqlar Naxçıvana aid tarixi bayraqlar kimi təqdim edilirdi.

Sankt-Peterburq şəhərində Dövlət Ermitajı Muzeyinin bayraq fondunda və arxivində Pərvin Gözəlov tərəfindən aparılmış elmi tədqiqat nəticəsində üzə çıxarılan Naxçıvan xanlığının birinci bayrağı 1812-ci ildə Aslandüz döyüşündə general-mayor Petr Kotlerevskiy tərəfindən qənimət kimi götürülüb. Dövlət Ermitaj Muzeyinin arxiv sənədlərində qeyd olunan bayraq "1912-1913-1914-ci il döyüşlərinin qənimətləri” kimi göstərilir.

Yeni aşkar edilmiş Naxçıvan xanlığının bayrağı dördkünc formada olaraq, uzunluğu 145 sm. eni 159 sm-dir. Morugu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə "Bismillah”, bayrağın sol tərəfində Qurani-kərindən 48-ci əl-Fəth surəsinin bir hissəsi yazılıb: "Həqiqətən, biz sənə açıq-aydın qələbə verdik”. Bayrağın aşağı hissəsində Qurani-kərimdən 2-ci əl-Bəqərə surəsinin bir hissəsi yazılıb. Sağda ərəb qrafikası ilə "Ey rəbbimiz bizə səbr ver, bizi sabit et”, sol tərəfdə isə "Kafirə və qövmeyə qarşı bizə kömək et” yazıları vardır. Bayrağın orta hissəsində açıq sarı rəngli romb parça tikilib, üzərində sarı rəngdə şir və günəş, şiri-xurşid rəmzi təsvir edilib.

Pərvin Gözəlovun elmi araşdırmaları nəticəsində aşkar etdiyi Naxçıvanın ikinci dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zaman qeneral İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında "XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının bayrağı dördkünc formada eni 144 sm, uzunluğu 178 sm-dir. Qızılı ipəkdən hazırlanmış bayraq bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarətdir. Bayrağın iki hissəsi bir ölçüdə, biri isə nisbətən ensizdir. Bütün bayraqlarda olduğu kimi, bu bayraqda da sağ tərəfdən bayraq torbacığı tikilib. Bayrağın üzərində ərəb qrafikası ilə Qurani-kərimdən 48-ci əl-Fəth ayəsinin bir hissəsi və dini şuarlarla yanaşı 6 (altı) səkkizguşəli ulduz və nəbati elementlər əks edilir. Üst zolağın üzərində ərəb qrafikası ilə Qurani-Kərimdən 48-ci əl-Fəth surəsinin bir hissəsi "Allahdan kömək qələbə yaxındır, Məhəmməddən mömünlərə müjdə” yazısı qızılı saplarla bayrağın üzərinə həkk edilib. Zolağın sol tərəfində diqər xanlıq bayraqlarında əks olunmuş zanbaq gülü burada da parçadan tikilib. Sağ tərəfdə biri digərinin içərisində aralarında dairəvi sədd olan iki səkkizguşəli ulduz qızılı saplarla bayraqda yerləşdirilib. Qeyd etmək lazımdır ki, əks edilmiş ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast qəlinməyib. Orta zolaqda açıq qızılı parcadan iki tiyəli tutacağı əjdaha başı ilə yekunlaşan Həzrəti Əlinin qılıncı (şəmşir) təsvir olunub.







www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol