AZAL bu qədərmi qorxuncdur? - MƏQALƏ

Aliyə İsmayılzadə
Son günlər Azərbaycan hava yolları şirkəti AZAL-ın digər ölkələrin loukosterləriylə müqayisədə sərnişinləri daha baha qiymətlərlə daşıması qızğın müzakirə mövzusudur. Mövzunun aktuallığını nəzərə alıb, digər ölkələrin loukosterlərinin aviabiletlərinin qiymətləriylə AZAL-ın qiymətlərini müqayisə etmək qərarına gəldim.
Hər şeydən əvvəl, gəlin loukosterin nə olduğunu və yaxud avi şirkətlərin münasib qiymətli biletlərinin nə mənaya gəldiyini dəqiqləşdirək, çünki sosial şəbəkə istifadəçiləri daim AZAL-ın biletləri onlardan daha baha qiymətə satmasından şikayətlənirlər.
Lou-Kost konsepsiyasının vətəni ABŞ sayılır, 1990-ci illərin əvvəlində bu tendensiya Avropada və digər ölkələrdə də yayıldı. Belə avia kampaniyanın tipik biznes modeli belədir və özündə aşağıdakı məfhumları ifadə edir:
1. Ancaq bir sərnişin sinfi mövcuddur;
2. Ancaq bir təyyarə modelindən istifadə edilir (adətən "Airbus A 320" və ya "Boeing 737"), bu, personal hazırlığı və texniki xidmətlərdə maliyyə qənaəti etməyə imkan verir;
3. Təyyarənin təchizatında minimal seçim edilir: videopanellər, AVOD, yerdən pilotlarla rəqəmsal əlaqə üçün ACARS sistemi, avtoəyləc və s. olmur; bu, təyyarənin dəyərini, həmçinin daşınan yükün həcmini də azaldır, deməli yanacaqda qənaətə yol verilir.
4. Bilet ödənişləri sxemi sadələşdirilib, uçuşun sonuna qədər sadəcə bir blankdan istifadə edilir. Son vaxtlar kağız biletlərin yerinə elektron biletlərdən istifadə artıq normaya çevrilib;
5. Xüsusən internet vasitəsilə biletlərin birbaşa satışı, məqsəd komisyon agentlərə ödənişləri azaltmaq və rezerv etmək sistemini sadələşdirməkdir;
6. Müştərilərin yerləri əvvəlcədən rezerv etməsi üçün və təyyarənin tez dolması üçün bilet qiymətlərinin müntəzəm surətdə qaldırılması tipikdir;
7. Eniş talonlarında yerlər göstərilmir, beləliklə, sərnişinlər borta qalxıb, tez yer tutmağa tələsirlər.
8. Aeroportlarların daha az yüklənmiş hava trafiklərindən istifadə. Ləngimələrdən qaçmaq üçün reysləri səhər tezdənə və ya gec saatlara salmaq, yüklənmiş hava sahələrindən qaçmaqla qənaətə yol verilir.
9. Bir təyyarə ilə bir neçə reys etmək, aeroportlardan təyyarələrin tez qalxması (məsələn, "Southwest Airlines” şirkətinin hər bir təyyarəsi sutkada 6 reys edir və beləliklə, 10.51 dəqiqəni havada keçirir)
10. "Bir nöqtədən digər nöqtəyə” prinsipiylə sadə uçuş marşrutlarından istifadə etmək.
11. Difər avi şirkətlərin təyyarə bortlarında norma sayılan sərnişinlər üçün xidmət dəstlərində ixtisara yol vermək (sərnişinlərə sərinləşdirici içkilər və yemək vermək), və yaxud bunların pul müqabilində verilməsi
12. Təyyarə bortunda bəzi xidmətlərin və əmtəələrin satışından gəlir əldə etmək
13. Ucuz qiymətli avia şirkətlərdə çalışanlar bir neçə funksiyasını yerinə yetirirlər. Məsələn, stüardessalar öz işlərini görməkdən əlavə, həm də salonu təmizləməklə, reyslərdə sərnişinlərin qeydiyyatı ilə məşğul olurlar (məqsəd qənaətə yol verməkdir)
14. Əlavə xərclərdən yayınmaqdan ötrü xüsusi servisə ayrıca münasibət (məsələn, özləri sərbəstcə uça bilsinlər deyə, uşaqların yaşının artırılması)
Bundan başqa, bir çox ucuz hava yolları təyyarələrin bortlarında sərnişinlər üçün yerləri artırırlar. Məsələn, standart təyyarədə 140 olan sərnişin yeri loukosterlərdə 220-yə qədər artırıla bilər.
Təəccüblü deyil ki, 2001-2003-cü illər hava yolları industriyası terrorizm və böhrandan əizyyət çəkən zaman ənənəvi avia şirkətlərin əksəriyyəti zərərlə üzləşmişdilər, bir çox loukosterlər isə kifayəq qədər gəlir əldə etdiklərini açıqlamışdılar.
Buna görə də ənənəvi şirkətlər lou-kost reyslər yaratmağa başladılar, ancaq sonradan başa düşdülər ki, bu yenilik onların əsas biznesinə zərər vurur.
Avropada vurğu servisin asanlaşdırılmasında və əlavə xərclərdən qaçmaqda özünü göstərir. 2004-cü ildə bir sıra şirkətlər təyyarələrdə kresloların yatılı vəziyyətə salınmasının, şüşə bağlayanların, başaltlıqlarının, oturacaqlarda ciblərin ixtisara salına biləcəyini bəyan etmişdilər.
Lou-kost şirkətlərin bir sıra yenilikləri müntəzəm olaraq, hökumətlərin və hava yollarını tənzimləyən orqanların tənqidlərinə tuş gəlir, məsələn, Böyük Britaniyada lou-kost şirkətlərin reklam etdikləri bilet qiymətlərində aeorot yığımlarını, vergiləri və s.-ni göstərməməsi (Uçuşun daha münasib qiymətə başa gəldiyini göstərmək üçün) problemi geniş şəkildə müzakirə olunur.
Bir çox hava yolları bəzi marşrutların pulsuz olduğunu bəyan edir, reallıqda isə sərnişinlər sərnişin və yük qeydiyyatında, "əməliyyat xərclərində”, yerin bronlaşdırılmasında və bank kartları əməliyyatında pul itirməli olurlar.
Bütün bu xərclər isə, şirkətin günahı ucbatından baş tutmayan reyslərdə belə geri qaytarılmır. Həmçinin əgər sərnişinlər yüklərində səhvə yola veriblərsə və nəzərdə tutulandan daha artıq yük götürüblərsə, böyük həcmdə cərimələnirlər. Məsələn, "Ryanir” sərnişinlərdən tələb edir ki, aeroportda alınan hər şey əl çantasına yerləşməlidir.
Yuxarıda sadalananlar bunu deməyə əsas verir ki, hava yollarının aşağı qiymətli biletləri istisnasız olaraq, avia təhlükəsizlik səviyyəsinin aşağı salınması hesabına başa gəlir, bu da o deməkdir ki, avia qəza ehtimalı böyükdür.
İndi də "Azərbaycan Hava Yolları” QSC haqqında bir neçə söz. Bu hava yolları MDB məkanında ən yaxşı təyyarə parklarından birinə sahibdir, onun "Embraer 170190", "Boeing 757-200, 767-300", "Airbus A340, A320, A319", "Boeing 787 Dreamliner" kimi təyyarə modelləri var. Buradakı təyyarələrin orta yaşı cəmi 7 ildir, AZAL həmçinin MDB-də iki şirkətdən biridir ki, IATA, IOSA 4* lisenziyalarına layiq görülüb.
Azərbaycan Milli Aviasiya Akademiyasında təhsil alan pilot və dispetçerlər isə öz işlərində ən yaxşılardan sayılırlar, onlar təlimlərdə Boeing 757-200, 767-300, Airbus A320, A319, həmçinin ATR 4272 kimi təyyarələrdə çoxsaatlıq şturvallarda iştirak edirlər, uçuş zamanı ən xırda xoşagəlməz situasiyadan yayınmaq üçün ən yaxşı mütəxəssilərin rəhbərliyi altında təlim keçirlər.
Buna görə də, AZAL-qa qarşı yönəlmiş tənqidlərin cəmi bir səbəbi ola bilər – baha qiymətlər.
Azərbaycan prezidentinin göstərişini nəzərə alaraq, avia şirkət biletlərin qiymətlərində kifayət qədər endirim etdi, ağzı tüpürcəkli etirazçıların tələb etdiyi lou-koster şirkətlərin prinsiplərinə əsaslanan, daha doğrusu yüklərin limitlənməsi və bortda yeməyin verilməməsiylə qiymətlər tənzimləndi. Bununla belə, təhlükəsizlik səviyyəsi əvvəlki səviyyədə qaldı.
Məsələn, indi Bakı-Antalya reysi 99 avrodur. Belə güman etmək olardı ki, bəzi insanların tələbləri doğruldu. Ancaq yox.
Əldə edilən qələbədən ruhlanan azərbaycanlı səyahətçi bu qiymətlərdən də narazıdır, axı, o, harasa gedəndə özü, həyat yoldaşı və uşaqları üçün bir neçə çemodan pal-paltar da gətirməlidir.
Bortda yeməyin olmaması da qəzəbə səbəb oldu, bizim insan üçün bir neçə saat mədəyə nəyinsə göndərilməməsi faciəyə bərabər bir şeydir.
Lou-kosterlərdə qəbul edilmiş yemək üçün əlavə vəsaitin ödənilməsi nəyə görəsə sıravi azərbaycanlının növbəti isterikasına səbəb oldu. Hansısa başqa avia şirkətlərin heç bir həqiqətə uyğun olmayan qiymətləri misal gətirildi, məsələn, "Wizzair” bortunda harasa gedib-gəlməyin qiymətinin 35 avro olduğu, bunun yanında yeməyin verildiyi və limitsiz yük götürməyə icazə verildiyi iddia edildi. Aşağıda mən bizin həmvətənlərimizin ən populyar loukosterlərinin yaxın vaxtlara olan bilet qiymətlərini əks etdirən şəkillər göstərəcəm. Nəticəni özünüz çıxarın:







www.ann.az
























