Bu ölkədə güclü zəlzələ baş verdi

İndoneziyanın Papua adasında yerli saatla 06.41 radələrində 7 güc ballıq zəlzələ baş verib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri paytaxt Jayapuranın 247 kilometr qərbində, 52,9 kilometr dərinlikdə baş verib.
Yerli saatla 06.41-də baş verən zəlzələ zamanı 4 ev, 2 ictimai bina və bir kilsənin dağılması ilə nəticələnib.
Yerli əhali zəlzələdən panikə düşərək özlərini çaya atıblar, bu zaman 15 yaşlı yeniyetmə itkin düşüb.
İndoneziya Meteoroloji Mərkəzinin yaydığı məlumata görə, zəlzələdən daha çox ölkənin şimalındakı Sarmi şəhəri ziyan çəkib.
Qeyd edək ki, 2004-cü il 26 yanvarda İndoneziyada 9,1 bal gücündə zəlzələ baş vermiş və 230 min nəfər həlak olmuşdu
www.ann.az
























