• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edildi

Ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edildi
28.05.2020 22:44
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilib.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən  verilən xəbərə görə, ali təhsil müəs­sisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul 2015-ci il fevralın 22-də və aprelin 26-da keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
 
Məlumatda bildirilir ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
 
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 29 iyul saat 10-dan 5 avqust saat 10-dək TQDK‑nın internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.
 
Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini  təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.
 
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Se­çilmiş ixtisas­laşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keç­diyi ixtisaslaşmaların bi­rin­cisinə yerləş­dirilir.
 
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
 
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüv­və­­də olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da digər hallar nəzərdə tutul­mayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
 
Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə "Magistr” jurnalının 6-cı sayının elektron versiyasını da əldə edə bilərlər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol