• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Behbudov girovlarla görüşmək istəyir

Elçin Behbudov girovlarla görüşmək istəyir
29.07.2015 09:36
"Xahiş etmişəm ki, bu məsələyə münasibətlərini açıqlasınlar"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşmək istəyir.

ANS PRESS xəbər verir ki, E.Behbudov "Yeni Müsavat”a açıqlamasında deyib ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına, İşgəncələrə Qarşı Komitəsinə, Avropa Şurasının Parlament Assambleyasına, baş ofisi Cenevrədə yerləşən və rəhbərlik etdiyi komitənin üzv olduğu İşgəncələrə qarşı Ümumdünya Təşkilatına müraciət edib:

"Yazmışam ki, əsirlər Artur Baqdasaryan və Andronik Qriqoryana Azərbaycan dövləti çox humanist münasibət göstərdiyi bir vaxtda ermənilər Azərbaycanın işğal olunmuş ərazisində girov götürdükləri Dilqəm Əsgərovla və Şahbaz Quliyevə amansız, qeyri-insani rəftar göstərirlər. Beynəlxalq təşkilatlardan xahiş etmişəm ki, bu məsələyə münasibətlərini açıqlasınlar, rəsmi qiymət versinlər”.


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov

E.Behbudov deyib ki, beynəlxalq təşkilatlardan girovların ailə üzvlərinin onlarla görüşməsinə imkanların olub-olmaması ilə də maraqlanıblar: "Maraqlanırdılar ki, əsirlər Artur Baqdasaryan və Andronik Qriqoryanla onların yaxınları, girovlar Dilqəm Əsgərovla və Şahbaz Quliyevin övladları ilə görüş təşkil oluna bilərmi? Dedim ki, əlbəttə ki, bu mümkündür. Qoy ermənilərin yaxınları özləri gəlib Artur Baqdasaryan və Andronik Qriqoryana olan humanist münasibəti görsünlər. Halbuki Baqdasaryan Azərbaycan ərazisinə təxribat-diversiya qrupunun tərkibində gəlib. Özüm də beynəlxalq təşkilatlara müraciət hazırlamışam ki, onların nümayəndələrinin iştirakı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşümə şərait yaratsınlar”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq "məhkəməsi" ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. "Apellyasiya Məhkəməsi" bu qərarı qüvvədə saxlayıb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol