Özünü yandıran məcburi köçkünlə bağlı cinayət işi başlandı

Bakı Şəhər Prokurorluğu: Sahib Nəsibovun səhhəti normaldır, yaxın günlərdə evə buraxılacaq
Ağdam rayonundan olan məcburi köçkünün Bakıda özünü yandırması faktı ilə bağlı cinayət işi açılıb.
APA-nın xəbərin görə, Bakı Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, iyulun 27-də saat 17 radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında Ağdam rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü Nəsibov Sahib İsmayıl oğlunun üstünə benzin tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























