• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyindən Müəllimlər İnstitutunun fəaliyyətiylə bağlı mühüm açıqlama

Təhsil Nazirliyindən Müəllimlər İnstitutunun fəaliyyətiylə bağlı mühüm açıqlama
29.07.2015 17:27
İxtisaslaşmış ali təhsil müəssisələri yetərli sayda müəllim kadrlarının hazırlanmasını təmin edir

"Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ləğv edilmiş filialların maddi-texniki bazası, işçi heyəti və tələbə kontingentinin müvafiq qaydada digər təhsil müəssisələrinə verilməsi və yerləşdirilməsi məsələləri ilə Təhsil Nazirliyi tərəfindən yaradılan səlahiyyətli komissiya məşğul olacaq”.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, AMİ-nin Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına müvafiq olaraq ali təhsil şəbəkəsinin rasionallaşdırılması, müəllim kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bu sahədə pərakəndəliyin aradan qaldırılması məqsədini daşıyır.
 
Bildirilib ki, kənd məktəblərində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırma tədbirlərinin həcminin və müddətinin artırılması, paytaxtda həyata keçirilmiş və yaxın vaxtlarda bölgələrdə də aparılacaq müəllimlərin dərs yükünün və vəzifə maaşının artırılması istiqamətində islahat tədbirləri nəticəsində bu peşəyə maraq xeyli artıb: "Əvvəlki dövrlərdə mövcud olmuş müəllim çatışmazlığı problemi əsasən, öz həllini tapmaqdadır. Hazırda ixtisaslaşmış ali təhsil müəssisələri yetərli sayda müəllim kadrlarının hazırlanmasını təmin edir. 2009-2010-cu tədris ilindən başlayaraq, hər il mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqələrində namizədlərin sayı vakansiya sayını bir neçə dəfə üstələyir. Belə şəraitdə əvvəlki sayda müəllim kadrlarının hazırlanmasına və ali təhsil müəssisələrinin saxlanılmasına lüzum qalmır”.
 
Məlumatda qeyd olunur ki, tədris prosesindəki çatışmazlıqlar AMİ-nin filiallarının fəaliyyət göstərməsi məsələsinə yenidən baxmağı tələb edir: "Məlum olduğu kimi, ötən il neqativ hallara yol verildiyinə görə AMİ-nin Gəncə filialının fəaliyyəti dayandırılıb və tələbələr Gəncə Dövlət Universitetinə köçürülüb”.
 
Qeyd edək ki, iyulun 24-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə AMİ-nin Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol