• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka kreditlərinin gecikmə səbəbinin SİRRİ

İpoteka kreditlərinin gecikmə səbəbinin SİRRİ
30.07.2015 10:12
Sentyabrı gözləyin...
 
 
Son zamanlar ipoteka krediti verən bütün banklar bu istiqamətdə işlərini dayandırıblar. Bu isə ümidini ipoteka kreditlərinə dikən insanlarda ruh düşkünlüyü yaradıb.

Bəs, bunun səbəbi nədir?

"Hazırda ipoteka kreditlərinin verilməsində müşahidə edilən fasilə ipoteka üçün ayrılan vəsaitin bir qisminin xərclənməsi, eyni zamanda yeni ayrılacaq vəsait üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən aparılacaq işlərlə əlaqədardır”.   Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçi-ekspert Vüqar Bayramov məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu il üçün ayrılan vəsaitin bir qismi xərcləndiyindən bu gün Dövlət İpoteka Fondunun kommersiya banklarına ödədiyi vəsait də müəyyən yubanmalar olur.

"Eyni zamanda Mərkəzi Bank ipoteka sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırladığı və Maliyyə Nazirliyinə təqdim etdiyi üçün gözlənilir ki, Dövlət İpoteka Fondu həmin şərtlər təsdiq olunduqdan sonra daha geniş miqyaslı ipoteka proqramını həyata keçirsin.

Eyni zamanda Fond dövlət başçısının ipoteka kreditləşməsi üzrə ayırdığı vəsaitin bir hissəsini, təxminən yarısını adi, yarısını isə sosial ipoetak ilə istifadə etmək niyyətindədir”. V.Bayramov bildirib ki, məhz bu səbəbdən ayrılan vəsaitin bölgüsü ilə bağlı konkret qərar qəbul edildikdən sonra artıq büdcədən Maliyyə Nazirliyi vasitəsilə vəsaitin ayrılması və ayrılan vəsaitin özügedən ipoetka proqramları üzrə bölgüsünün həyata keçirilməsi gölzənilir.  

"Mövcud şərtlər, dövlət büdcəsindən transferləri nəzərə alsaq, ipoteka proqramınında aktivlik sentyabr ikinci yarısından başlayaraq müşahidə ediləcək. Və bu tarixdən başlayaraq vətəndaşlar indikinbdən daha böyük məbləğdə ipoteka krediti almaq imkanlarına malik olacaqlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi zamanı ipoteka kreditləşməsi ilə bağlıd Dövlət büdcəsindən əlavə 200 milyon vəsaitin ayrılacağını qeyd etmişdi və bununla bağlı müvafiq sənəd qəbul edilib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol