• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı qumarbazlar Tiflis kazinolarına milyonlar axıdır

Azərbaycanlı qumarbazlar Tiflis kazinolarına milyonlar axıdır
30.07.2015 16:12
Azərbaycandan olan qumarbazlar Tiflis kazinolarının əsas gəlir mənbəyidir.

ANN.Az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Tiflisdəki üç iri kazinodan birinin operatoru olan "Storm İnternational” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Lavrenti Qubin "Gürcüstanda qumar biznesinin xüsusiyyətləri” adlı məruzəsində bildirib.

L.Qubin məruzəsini "Russian Gaming Week-2015” sərgi-forumunda təqdim edib. O deyib ki, hazırda Gürcüstanda iki böyük oyun mərkəzi var: Tiflis və Batumi. Tiflisdə üç kazino işləyir, dördüncüsü tikilməkdədir. Batumidə 10 kazino işləyir və daha bir neçəsi tikilir. Orada biznes əsasən Türkiyədən olan qumar həvəskarlarının hesabına inkişaf edir.

Məruzəçinin dediyinə görə, hazırda Gürcüstan iqtisadiyyatı qumar biznesindən sanballı gəlir əldə edir və Saakaşvilidən sonra hakimiyyətə gələnlər bu biznesi məhdudlaşdırmaq istəsələr də sonradan öz təşəbbüslərini geri götürürlər.

"Daxili oyun bazarı çox məhduddur. Biz əsasən Azərbaycan, İran və Türkiyədən olan müştərilərin hesabına işləyirik. Tiflisə qumar oynamağa gələnlər əsasən İran, Azərbaycan, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə isə əsasən Türkiyədən gəlirlər. Lakin Batumidə VİP-oyunçular azdır, belələri bir qayda olaraq Tiflis kazinolarına gəlir”- Lavrenti Qubin deyib.

Kazino şirkətinin təmsilçisinin bildirdiyinə görə, qonşu ölkələrdən gələnlər  ümumi müştərilərin 20 faizini təşkil etsə də gəlirin 80 faizini onlar verir.

Bunlar əsasən Azərbaycan, İran, Tacikistandan gələnlərdir. Qalanlar isə Gürcüstan müştəriləridir.

"Konkret olaraq Azərbaycan bizə böyük gəlir verir, çünki bu ölkədə qumar biznesi qadağan olunub”- Lavrentiy Qubin deyib

"Storm İnternational” Tiflisdə 100-dən çox masaya və 100-dən çox oyun avtomatına malik olan böyük kazinonu idarə edir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol