• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu - Fotolar

AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu - Fotolar
28.05.2020 19:47

Bankın Baş ofisində 50 məktəb direktoru üçün seminar keçirildi
 
 
AccessBank Birləşmiş Krallığın Britaniya Şurası (British Council) və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə həyata keçirilən "Bərabər və məsuliyyətli cəmiyyət üçün İnklüziv qərarlar” layihəsinə dəstək oldu. 34 ay ərzində davam edən layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların siyasət formalaşdırma prosesində daha yaxşı təmsil olunması, onların hüquqlarının daha yaxşı anlaşılması və müdafiəsini təmin etməkdən ibarətdir.
 
 
Bankın Baş ofisində 4 gün ərzində Bakı şəhərin 50 məktəb direktorları üçün seminar keçirildi. Təlim zamanı inklüziv təhsilin məzmunu və medotologiyası, əsas fəlsəfəsi və digər əlaqəli məsələlər BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova və Muasir Təhsil və Tədrisə Yardim Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova tərəfindən iştirakçılara açıqlandı. Seminarda məktəb direktorları sağlamlığı məhdud olan şəxslərlə ünsiyyət zamanı istifadə ediləcək etik terminləri və nəzəriyyəni öyrənərək analiz etdilər, beynəlxalq təcrübə ilə tanış oldular.
 
 
British Council Azerbaijan direktoru Elizabet Vayt seminar iştirakçıları ilə görüşünü belə şərh etdi: «İştirak edən məktəb direktorların fiziki imkanları məhdud olan şəxslərin məktəblərə və ümumiyyətlə təhsil prosesinə cəlb edilməsi üçün səyləri məni çox təsirləndirdi.  Bu, həm məktəb, həm də cəmiyyət üçün çox əhəmiyyətlidir. British Council fəxr edir ki, bu layihə üzərində işləyir və məhz bu iştirakçılar  bura cəlb olunub».
 
 
Qeyd edək ki, AccessBank korporativ sosial məsuliyyət proqramı çərçivəsində daim fiziki imkanları məhdud olan şəxslərin problemlərinin həllinə yönəlmiş layihələr həyata keçirir. Korporativ Sosial Məsuliyyət proqramı AccesssBank-ın missiyasının ayrılmaz hissədidir. 2008-ci ildən etibarən Bank fiziki imkanları məhdud olan insanlarla, valideyn himayəsindən məhrum olan uşaqlarla və kimsəsiz qocalarla bağlı 100 artıq layihə həyata keçirib. AccessBank, həmçinin, idman, təhsil, mədəniyyət və incəsənət sahəsində uğurlu layihələr reallaşdırıb.
 
 
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol