• $
  • €
  • ₽
  • ₺
  • £

İxtisası kim seçməlidir: abituriyent, yoxsa onun valideyni - AÇIQLAMALAR

İxtisası kim seçməlidir: abituriyent, yoxsa onun valideyni - AÇIQLAMALAR
28.05.2020 21:32
Bu gündən etibarən Azərbaycan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Proses avqust ayının 11-dək davam edəcək.

Hər bir abituriyent oxumağa illərini sərf etdiyi prosesin sonunda öz arzuladığı ixtisasa sahib olmaq istəyir. Əksər hallarda valideynlər bu prosesə müdaxilə edir, buna imkan vermir. Onlar öz istədikləri ixtisası seçib, övladlarını həmin peşənin, ixtisasın sahibi kimi görmək istəyirlər. Valideynlər "adam böyüyün sözünə baxar” məsəli ilə öz uşaqlarına müdaxilə edirlər. Amma düşünmürlər ki, məcburi şəkildə övladlarına nəyisə sevdirmək istəmələri çox pis nəticələr verə bilər. Ən azından arzuladığı ixtisası seçməyən abituriyent gələcəkdə təhsilini yarımçıq saxlaya bilər. Əslində belə valideynlər özləri də istənmədən övladlarının gələcəklərini alt-üst edirlər. 

Valideynlərin övladlarının ixtisas seçiminə qarışması onların gələcək həyatlarına necə təsir göstərir? Valideyn həmin ixtisas üzrə övladında potensialın olmadığını bilə-bilə niyə ixtisas seçimində onlara mane olurlar? Bu problemin hansı çıxış yolları var? Bu mübahisəli mövzu ilə bağlı ANN.Az xəbər portalı təhsil ekperti və psixoloq fikirlərini öyrənib.
 


Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov ANN.Az-a açıqlamasında bildirib ki, peşə seçərkən şagirdin və valideyninin üzərinə böyük məsuliyyət  düşür: "Əvvəlcə şagird özü üçün peşə müəyyən etməli  (8-9-cu  siniflərdə), bu peşənin  aid oldugu müvafiq  ixtisas  qrupuna  düşən  fənnlər   üzrə  yetəri qədər çalışmalı (təmayüllü siniflərdə oxumalı),  qəbul imtahanında  isə  biliklərini  tam ortaya qoymalıdır. Bu zaman valideyn övladına hər bir məsələdə kömək etməli,  fikirlərinə hörmətlə yanaşmalı, onun peşə, ixtisas istəyinə qarışmaq yox, düzgün seçim  etməkdə ona dəstək olmalıdır. Çünki insanın xoşbəxtliyi əsas iki amildən asılıdır: düzgün peşə seçimi və düzgün ailə həyatı qurmaq. Bir insan ki, işə sevinə-sevinə gedir,  işdən evinə sevinə-sevinə qayıdırsa, o xoşbəxt insandır”.  

Ekspert valideynlərin ixtisas seçiminə qarışmasının yalnış olduğunu vurğulayıb: "Valideynlərin ixtisas seçiminə qarışması abituriyentlərin 70 faizdən çoxunun gələcəkdə ixtisasa  uygun olmayan  sahələrdə işləməsinə, ya da   ikinci ali təhsil almaq kimi problem  yaradır,  nəticədə  onlar öz gələcək  karyeralarını düzgün qurmurlar. Valideyinin istədiyi ixtisasda təhsil alan tələbə,  gələcəkdə  bəzən  öz ixtisasına uyğun işləmir. Çünki o, bu ixtisası, peşəni, sahəni istəyərək  seçməyib. Valideynlərinin istəyi əsasında  seçim edib. Əsasən də tələbələr 3-cü kursda artıq səhv etdiyini,  düzgün ixtisasda olmadığını anlayırlar. Bu zaman da artıq gec olur. Həmin valideynləri ancaq bir şey düşündürür: "Təki övladım bir universitetə qəbul olub, oradan diplom alsın”.
 
Mütəxəssis bu problemin aradan qaldırılması üçün təkliflər irəlib sürüb: "Sovet dönəmində  və müstəqilliyin ilk illərində məktəblərdə, "Əmək təlimi və peşəyönümünün əsasları” fənni tədris olunurdu. Bu fənnin əsas məqsədi məktəblilərə peşəyönümü haqqında, ayrı-ayrı ixtisaslar haqqında məlumatlar vermək idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əmək və Məşğulluq Mərkəzləri var. Bunların da fəaliyyətinin bir istiqaməti peşəyönümü ilə əlaqədardır. Amma  təhsil  sistemi  ilə əlaqəsiz   işləyirlər.  Təəssüf ki,  bu  gün peşəyönümü problemi ilə rəsmi  olaraq maraqlanan  yoxdur. Artıq bu məsələ hökumət, dövlət səviyyəsində köklü şəkildə həllini tapmalıdır. Çünki gələcəkdə böyük iqtisadi  və sosial  fəsadlara səbəb ola bilər. İxtisas seçimi  məsələsinə son vaxtlar  Təhsil Nazirliyi, TQDK-da artıq öz münasibətlərini bildirirlər. Ancaq bu deyilənlər söz olaraq qalır, praktik işlər az görülür”.


 
 

Məsələ ilə əlaqədar psixoloq Elnur Rüstəmov ANN.Az-a açıqlamasında deyib ki, ixtisas seçimi zamanı valideynin övladın fikirlərini öyrənmədən seçim etməsi gənclərdə çox böyük psixoloji problem yaradır və təəssüf ki, böyüklər bunun fərqində deyillər: "Ola bilər hansısa valideyn həkim, hüquqşünas, mühəndis ola bilməsin. Burada qeyri-adi heç bir şey yoxdur. Ancaq öz arzularına çatmayıb deyə övladını bu ixtisasları seçməyə məcbur etmək çox pis tendensiyadır və yəqin ki, valideynlər bunun gələcəkdə hanısa pis nəticələr verəcəyindən xəbərsizdirlər. Çünki heç bir valideyn istəməz ki, övladının gələcəyini məhv etsin. Buna baxmayaraq həmin valideynlər özləri belə bilmədən övladlarının ixtisas seçiminə qarışaraq onların gələcəklərinin bir sözlə təhlükə altına atırlar. Məsələn: uşaq evdə komputerlə daha çox maraqlanır, bəlkə yaşına uyğun olmasa da artıq o komputer sahəsində biliklərini artırır və gələcəkdə komputer mühəndisi ola bilər. Ancaq valideyn isə onu belə düşünür ki, "səhərdən axşama kimi komputer qabağında oturub oyun oynayır”. Bu səbəbdən valideyn bundan narahat olub, onu komputerdən uzaqlaşdırır. Özü belə bilmədən övladının necə deyərlər gələcək iş karyerasını alt-üst edir”. 

Psixoloq daha sonra bu sahədə yaranan ən böyük problemlərdən biri kimi ailələrdə tək övladın olmasını qeyd edir: "İxtisas seçimində ən böyük yalnışlıqlardan biri varlı, imkanlı bir ailənin uşağının valideynin məcburiyyəti əsasında onun işlərini davam etdirməsidir. Həmin valideyn düşünür ki, yetəri qədər mal mülkü var və övladına da bəs edər. Amma o valideyn düşünmür ki, övladının gələcək sevincini, xoşbəxtliyini, iş sevgisini, təhsilə olan marağını heç edir”.

Elnur Rüstəmovun fikrincə, bu problemin həllində ictimai şüurun da çox böyük önəmi var: "Necə ki, əvvəl valideynlər övladlarını xaricə təhsil almağa göndərmirdilər, qız uşaqlarını paytaxtda təhsil almalarına icazə vermirdilər, amma tədricən bu məsələ öz həllini tapdı, eləcə də ixtisas seçimi problemi də tədricən aradan qalxacaq. Necə deyərlər, zaman özü hər şeyi həll edəcək. Vaxt var idi, utancla qarşıladığımız hər hansı bir geyim növünü,(məsələn: dizləri cızıq olan şalvarı) indi normal qarşılayırıq”. 

Orxan Aslanlı


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol