Bakı-Quba yolunda qəza: 5 ölü

Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45-ci kilometrliyində "Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində deformasiyaya uğramış "Opel” markalı minik avtomobilinin 5 sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri 5 nəfərin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 05:05-də başa çatıb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























