• $
  • €
  • ₽
  • ₺
  • £

“Qız qalası” qalereyasının kolleksiyası – REPORTAJ

“Qız qalası” qalereyasının kolleksiyası –  REPORTAJ
03.08.2015 18:17
Rüstəm Qasımov

Paytaxtımızın "Qız qalası” qalereyası mədəniyyət ocağıdır, burada məşhur azərbaycanlı rəssamların rəsmləri və heykəlləri nümayiş etdirilir. Qalereyanın yerləşdiyi məkanı tapmaq asandır, o, "İçəri Şəhər”də "Qız qalası”nın yanında yerləşir. 

Bakının ən yaxşı sərgi salonlarından birini özünün emalatxanası edən Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhəb Məmmədovayla müsahiməmiz zamanı mən qalereyanın ekspozisiyasıyla tanışlıq fürsətini qaçırmamaq qərarına gəldim. 
 


Yeri gəlmişkən, ekspozisiya kifayət qədər rəngarəng və maraqlıdır. Qalereyanın divarlarını Yelena Haqverdiyeva, Əliyar Mirzəyev, Toğrul Nərimanbəyov və digər məşhur azərbaycanlı rəssamların əsərləri bənzəyir. 
 


Xüsusilə heykəltaraşlıq nümunələri, bir-birindən gözəl bürünc heykəllər diqqəti cəlb edir. Onlar bütün sərgi zallarında xüsusi altlıqlarda yerləşdirilib. Hər bir heykəl əsl incəsənət nümunəsi, müəllif işidir, hansı ki, əsərinə ruhunun, düşüncəsinin, ovqatının bir parçasını qoyub. 
 


Bəzi heykəllər miniatür, gözəl və orijinaldırlar. Onlar qalereyaya daxil olan hər kəsin diqqətini maqnit kimi özünə cəlb edirlər. Mənim diqqətimi xüsusilə "Mələk” adlı bürüncdən olan heykəl cəlb etdi. Bürüncdən orta həcmdə olan heykəldən zəriflik yayılır. Mən özümə heykəlin qanadlarına toxunmağa icazə verdim, onun relyefini hiss edəndə anladım ki, o necə dəqiqliklə işlənib. Məncə, bu, "Qız qalası” qalereyasının ekspozisiyasına daxil olan ən gözəl işlərdən biridir. 
 


Ağacdan yonulmuş heykəllər də kifayət qədər maraqlıydı, məsələn, milli ruhda işlənən bu adamlar. Məlum oldu ki, onlar əvvəlcə ağacdan yonulurlar, sonra ona rəng vurulur və kukla parlaq rəng alır. Bundan sonra müəllif ona lak vurmaqla, kompozisiyanı möhkəmləndirir, bu, kuklada müdafiə səthi rolunu oynayır və onu yan təsirlərdən qoruyur. Kukla parlaq, kaloritli və gözəl görünür. 
 



Mənim diqqətimi ənənəvi azərbaycan muğam musiqiçilərini, əllərində qaval, tar və kamança tutan heykəl cəlb etdi. Bu ekspozisiya azərbaycanlı incənət xadimlərinin, rəssamlarının, heykəltaraşlarının yaradıcılığında tez-tez öz əksini tapır. 
 


Əlində qaval tutan qız heykəli də kifayət qədər harmonik görünürdü. Musiqi ifa edən zaman sanki o transdaydı, musiqi isə axıb gedirdi. 
 


Bəzi heykəllər təkcə müəllifin orijinal süjet ideyası ilə deyil, hazırlandığı materialın orijinallığı ilə seçilirdi. Məsələn, texniki kranlar, adapterlər, ventillər, metal trubalar və şlanqlar. 
 



Heykəllərin heç biri şüşələr arxasında gizlədilmədiyindən, ziyarətçilər üçün əla imkan var ki, hər bir incəsənət nümunəsinə diqqətlə baxsınlar. Müəllifin, materialın  adını, heykəlin ölçülərini oxumaq mümkündür. Bununla da, hər bir ziyarətçi sərgilənən incəsənət nümunələri haqqında ətraflı məlumat ala bilərlər. 

Mənim "Qız qalası” qalereyasına səyahətimin sonunda qeyd etmək istərdim ki, Bakının mərkəzində daim yenilənən belə zəngin və rəngarəng sərgi salonunun olması, ziyarətçilərə incəsənətlə daha yaxın olmağa imkan verir. Sərgi salonuna giriş tamamilə pulsuzdur və ürəyi istəyən hər kəs onu ziyarət edə bilər. 

Mədəniyyəti, elmi, təhsili və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularına şəhərimizin mədəniyyət ocaqlarına, qalereyayalara və muzeylərə baş çəkməyə dəvət edir.
 










































 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol