ASAN xidmətdən evlənmək istəyənlərə XOŞ XƏBƏR

Artıq nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət” dən almaq olar.
Toya hazırlaşanların nəzərinə. Artıq nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət” mərkəzindən əldə edə bilərsiniz.
Mərkəzdən verilən məlumata görə, artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.
Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:
- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.
Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.
Qeyd edək ki, yalnız "ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























