• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd və şəhər müəllimlərinin fərqi - KÖŞƏ

Kənd və şəhər müəllimlərinin fərqi - KÖŞƏ
04.08.2015 15:50
"Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”  
                                                                                                                                   Sokrat

"Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”
                                                                           M.K.Atatürk

"Mənə bir hərf öyrədənin köləsi olaram” 
                                         Həzrəti Əli 

Müəllim və müəllimlik sənəti haqqında müdriklər bu sözləri əbəs yerə deməyib. Hər bir işin özünəməxsus ağırlığı, çətinliyi olduğu kimi bu sənətində fərqlilikləri var. Bu peşəyə qədim zamanlardan çox müqəddəs sənət kimi yanaşılıb. Ancaq zaman keçdikcə hər şey dəyişdi. Bəlkə də kimlər üçün hələ də müqəddəs hesab olunan müəllimlik sənətinə və müəllimlərə cəmiyyətdə hörmət azalmağa başladı. 

Bunu təsdiq etmək üçün çox sadə bir misalı nümunə göstərə bilərik: son 10 ildə bu söz yaşından və peşəsində asılı olmayaraq hamıya deyilir. Bəlkə elə bu sənəti özümüz bu qədər ucuzlaşdırmışıq? Necə deyərlər, bazarda işləyəndə müəllim desinlər, özünü ömürlük təhsilə həsr edən, məktəbdə tədrislə məşğul olan, 6 yaşlı uşaqdan başlayaraq 17 yaşlı yeniyetmənin əziyyətinə qatlaşan, hər gün səbrlə onlara elmin incəliklərini öyrədənə də? Bu, sizcə, haqsızlıq deyilmi? 

Ölkədə elə bir vəziyyət yaranıb ki, artıq rayon yerlərində bu sənətlə məşğul olmağa insan tapılmır, tapıldıqda, yaxud hansısa fədakar kəndə, rayona təyinat alanda həmin şəxsə müqqəddəs insan kimi baxırlar. 

Bəs, belə fədakar müəllimlər öz sənətləri, peşələri, özlərinin seçdikləri həyat yolu haqqında nə düşünürlər, nə fikirləşirlər?

Azərbaycanın ən ucqar kənd məktəblərindən biri olan Lerik rayonunun Telman Kazımov adına Veri kənd tam orta məktəbinin kimya-biologiya fənnlərini tədris edən Asəf Əlizadə də müəllimlik sənətinə marağın azaldığını deyir. ANN.Az-a açıqlama verən Asəf Əlizadə deyib ki, kənd məktəblərində vəziyyət şəhər məktəbləri ilə müqayisədə heç nə ilə fərqlənmir: "Rayon yerlərində, xüsusilə də ucqar kənd məktəblərində işləmək çox çətindir və bura gələnlərin sayı da olduqca çox azdır. Ümumiyyətlə, kənd məktəbinin maddi-texniki bazasi zəif olduğundan bu şagirdlərin təhsilinə birbaşa mənfi təsir edir. Bundan əlavə müəllimin də dərsi şagirdlərə tədris etməyinə maneçilik törədir. Həmçinin yeni tədris metodunun, yəni kurrikulumun kənd məktəblərində icrasına çətinlik törədir. Səbəb ondan ibarətdir ki, bu metodda əyanilikdən geniş istifadə olunmalıdır. Sinfin şəraiti bu metodun tətbiqi üçün bütün standartlara cavab verməlidir. Çox təəssüflər olsun ki, kənd məktəblərində fənn otaqlarının, laboratoriyaların, sinif guşələrinin, idman zallarının, komputer avadanlıqlarının çatışmazlığı və internetin olmaması dərsin tədrisinə ciddi maneçilik törədir”.
 
 

Müsahibimiz qeyd edib ki, bütün bu problemlərin öhdəsindən müəllim gələ bilməz: "Kəndlərdə mədəniyyət ocaqlarının çox asağı səviyyədə fəaliyyət göstərməsi, ekskursiyaların təşkil olunmaması, məktəb tədbirlərinin formal keçirilməsi uşaqların dünyagörüşünə, həyatı dərk etməsinə, dünyaya inteqrasiya etməsinə, tam və hər tərəfli şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Məhz bu səbəblərə görə kənd məktəblərində həmişəki kimi ixtisas müəllimlərinin çatışmazlığı  gündəmdən düşmür və ənənəvi problem kimi qalmaqdadır”.

A.Əlizadə sadaladığı, yaxud digər səbəblər ucbatından şagirdlərin kütləvi sürətdə səhər məktəblərinə üz tutduğunu bildirib: "Ona görə də kənd məktəblərində şagirdlərin sayı ciddi şəkildə azalır. Bu da gələcəkdə kənd əhalisinin savadsızlığına səbəb olacaqdır”.
Məsələ ilə əlaqədar paytaxt məktəblərində tədrislə məşğul olan müəllimlərin fikrini öyrənmək istəsək də, bizə razılıq verən olmadı. 

"Kənd məktəblərində müəllim işləyə bilərsinizmi” - sualına doğru- düzgün cavab verən 1-2 müəllim tapılar, ya da tapılmaz. Sözün əsl mənasında bu səbəblərə görə də müəllimlik peşəsinə maraq günü gündən azalır.

Orxan Aslanlı


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol