• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar yenidən Azərbaycan bazarında möhkəmlənə bilər - Ekspert

Dollar yenidən Azərbaycan bazarında möhkəmlənə bilər - Ekspert
05.08.2015 13:50
"Bu həftənin ilk 3 günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb." -  Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb.

ANN.Az xəbər verir ki, ekspert Mərkəz Bank dolların manata kursunu avqustun 3-də 1.0493 müəyyənləşdirmişdirsə növbəti günlərdə rəsmi məzənnə 1.0495 və 1.0499 olduğunu yazıb:"Amma manatın dollara nisbətən zəifləməsi heç də son günlər neftin qiymətinin aşağı düşməsi deyil, avronun dünya bazarında mövqelərinin sarsılması ilə bağlıdır. Valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olur. Dollara nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib. Son 3 gündə dollara nisbətən dəyər itirən manat avroya münasibətdə güclənib. Avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idisə, növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1.1482 və 1.405 oldu. Buna görə də, manatın məzənnəsinin son günlərdəki azalmasını neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirməməlidir."

Ekspert hesab edir ki, neftin dünya bazar qiyməti ölkəmiz üçün vacibdir: "Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da, əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik vəd etmir."
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol