• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaran: Bakının seçilən kəndi - FOTOLAR

Nardaran: Bakının seçilən kəndi - FOTOLAR
06.08.2015 09:24
Bakı kəndləri arasında milli-mənəvi, dini dəyərlərə bağlı olan Nardaran kimi ikinci kənd yoxdur desəm, yəqin ki yanılmaram.  Bura Bakının, eləcə də Azərbaycanın digər rayon və kəndlərindən çox fərqlənir. Demək olar ki, kəndin bütün yerli idarəetmə orqanlarında kənd ağsaqqalarının seçdiyi adamlar işləyirlər. Necə deyərlər, "bizə divan nə lazım? İçimizdəki oğrunu da tanıyırıq, əyrini də, düzünü də. Cəzasını da özümüz verərik”.

Bir zamanlar birgə çalışdığım köhnə iş yoldaşımla birgə "Koroğlu” metrosundan 189 nömrəli avtobusa minib yola düşdük və təxminən 1 saatdan sonra kəndə çatdıq. Kəndin küçələrini, məhəllələrini gəzdikcə hər addımda qarşımıza müxtəlif dini kəlamlar yazılan divarlar, lövhələr çıxırdı. 

Onu da qeyd edim ki, kənddə təkbaşına küçəyə çıxan qadın görmək haradasa mümkün deyil. Yerli sakinlərdən birinin sözlərinə görə, burada qadınlar axşam saatlarında küçəyə qardaşı, həyat yoldaşı ilə birgə çıxa bilərlər.

Çəkdiyimiz çəkdik, axşam qaranlığı kəndə çökəndə geri qayıtmaq üçün avtobus gözləməyə başladıq. Dəqiqələr keçdi, saat keçdi avtobus görünmürdü ki, görünmürdü. Yoldan keçən yerli sakin çoxdan gözlədiyimizi biləndə "Kənddə saat 9-dan sonra şəhərə avtobus işləmir, ancaq kənd daxili nəqliyyat vasitələri işləyirlər. Siz ancaq "Ovdan” meydanından xeyli piayada düşüb oradan şəhərə gedən avtobus tapa bilərsiniz ” deyərək bizi təəccüb içində qoyaraq çıxıb getdi. 

Biz xeyli piyada gedib sözügedən əraziyə çatıb, burada da bir xeyli gözləyəndən sonra avtobusa minib şəhərə qayıtdıq.

Amma həmin gün Nardaran kəndində gördüklərimi kameranın yaddaşına köçürməyə dəyərdi. İndi isə həmin tarixləşdirdiyim anları oxuculara təqdim edirəm.

Fərqanə Novruzova
Fotolar müəllifindir


 
 

























































Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol