• $
  • €
  • ₽
  • ₺
  • £

"BakuBus"ın ilkin marşrut xətləri və gediş haqqı məlum olub - SİYAHI

"BakuBus"ın ilkin marşrut xətləri və gediş haqqı məlum olub - SİYAHI
05.08.2015 16:39
Bakıda "BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobuslarının ictimai nəqliyyatda hərəkəti üçün ilkin marşrut xətləri müəyyənləşib.

"Report"un məlumatına görə, ilkin planlamaya əsasən, 1 nörməli marşrut avtobusu "Koroğlu" m/st - "28 May" m/st, 2 nömrəli marştrut "20 Yanvar" m/st - "Azadlıq" m/st - Ziya Bünyadov, 3 nömrəli marşrut "Azadlıq" m/st - "Elmlər" m/st, 4 nömrəli marşrut "N.Nərimanov" m/st - "Xətai" m/st, 5 nömrəli marşrut "N.Nərmanov" m/st - 20-ci Sahə, 6 nömrəli marşrut "Azadlıq" m/st - 20-ci Sahə, 7 nömrəli marşrut "Azadlıq" m/st - Ziya Bünyadov - 20 Sahə; 8 nömrəli marşrut "Azadlıq" st - "28 May" m/st, 9 nörməli marşrut "N.Nərimanov" m/st - "Caspian Mall", 10 nömrəli marşrut "N.Nərimanov" m/st - Azneft dairəsi, 11 nömrəli marşrut "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st, 12 nömrəli marşrut "20 Yanvar" m/st - 20-ci Sahə, 13 nömrəli marşrut "20 Yanvar" m/st - "Koroğlu" m/st , 14 nömrəli marşrut "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək.

"BakuBus"ın direktor müavini Vüsal Kərimli "Report"a bildirib ki, qeyd edilən marştrutlar üzrə avtobusların hərəkəti üçün zəruri icazə və sənədlər tələb olunur.

Onun sözlərinə görə, ilkin mərhələdə avtobuslar bu istiqamətlərdə fəaliyyət göstərəcək: "Bu, zəruri icazə və sənədlər toplandıqdan sonra reallaşacaq. Yeni marşrut xətlərində avtobusların hərəkətə başlaması avqustun sonu-sentyabrın əvvəlinə nəzərdə tutulub".

V. Kərimli bildirib ki, "BakuBus"ın avtobuslarında nağd ödəniş olmayacaq və ancaq vahid ödəniş kartları tətbiq ediləcək. Bu kartlardan metroda da istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, vahid ödəniş kartlarını metro stansiyalardakı "BakıKart" terminallardan əldə etmək olar. Vahid sistemdə iki növ kart - "ümumi" və "məhdud istifadə" üçün olacaq. "BakıKart" - plastik kartının qiyməti 2 manat, bir gedişin haqqı isə 0,20 manatdır. Balans terminllarda artırılır və kartlar geri qaytarılmır.

Məhdud istifadə üçün nəzərdə tutulan kartın qiyməti 0,20 manatdır. Kart alınarkən 1, 2, 3 və 4 gediş haqqını yükləmək mümkündür (1 gediş - 0,20 manat). Terminallarda balansın artırılması mümkün deyil və kart ilk istifadədən 45 gün müddətində etibarlıdır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol