• $
  • €
  • ₽
  • ₺
  • £

"Metrokart"ın istifadəsinin dayandırılacağı tarix açıqlandı

"Metrokart"ın istifadəsinin dayandırılacağı tarix açıqlandı
06.08.2015 10:00
Bakıda avqutun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılır.
 
"Bakı Metropoliteni" QSC-dən "Report"a verilən məlumata görə, ilkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

Qeyd edək ki, "BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Termianllarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub.

Hər iki növ kart heç bir halda geri qaytarılmır.

Qurum "Metrokart"ın yeni karta inteqrasiya qaydalarına da aydınlıq gətirib. Belə ki, "Metrokart"ın girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər:
 
"Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir.
"Metrokart"ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. "Metrokart"ın girov dəyəri və balansında olan məbəğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.

Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür. "Metrokart"ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini avqusutn 15-nə kimi stansiyaların xəzinədarlarından geri ala biləcəklər.

Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq.

Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol