• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə: keçmişin və müasir dövrün şəhəri – REPORTAJ

Gəncə: keçmişin və müasir dövrün şəhəri – REPORTAJ
06.08.2015 16:51
Rüstəm Qasımov

Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir, tarix boyunca onun adı dəfələrlə dəyişdirilib. 1804-1918-ci illər arasında şəhər Yelizavetpol adlandılırılıb, 1918-1935-ci illərdə şəhərə Gəncə adı qaytarılıb, 1935-1988-ci illərdə isə şəhər sovet liderlərindən biri Kirovun şərəfinə Kirovabad adlandırılıb, 1989-cu ildə ölkəmiz müstəqillik ərəfəsində olarkən, doğma şəhərinə tarixi Gəncə adını qaytarıb. Gəncə bir çox dahi şəxsiyyətlər yetişdirib, o cümlədən ilk cümhuriyyətimiz olan Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı Gəncə olub. 

Bir neçə saat ərzində bütün şəhəri gəzib-dolaşmaq və fikir bildirmək mümkünsünsüzdür, buna görə də Gəncənin ən tanınmış gəzməli-görməli yerləri haqqında yazacağıq, beləliklə, səyahətimizə başlayırıq. 
 

Şəhərə gedərkən yol boyunca uzanan çöllük görünür. Mənim ən birinci diqqətimi cəlb edən ətrafda kilometrlərlə uzanan böyük günəbaxan sahələri oldu. 
 


Yaşıl və sarı rənglərin vəhdəti möhtəşə görünür, məhsulun artıq yığıldığı sahələrdən danışıram, o artıq dincəlir və yaşıllaşır. 
 


Gəncəyə daxil olarkən bir müddət əvvəl tikilən qapılar gözə dəyir, bu, bir vaxtlar çox məşhur və şəhərin fəxri olan "Gəncə Qapıları”nı xatırladır. Gəncənin girəcəyində şəhərin mədəni tarixini əks etdirən daha bir mühüm abidə var, bu, böyük azərbaycanlı şair və mütəfəkkir Nizami Gəncəvinin memorialıdır. Bundan başqa, qırmızı hasar boyunca klassikimizin əsərlərindəki səhnələri əks etdirən heykəltaraşlıq nümunələri var. Qeyd edək ki, Nizami Gəncəvinin ölməz "Xəmsə”si şərq poezisiyasına dərindən təsir edib, saysız-hesabsız şair ondan təsirlənərək, əsərlər yaradıb. 
 


Mənimçün ən böyük kəşf əsas şoselər boyunca uzanan velosipedçilər üçün yollar oldu. Razılaşın ki, paytaxtda belə bir şeylə rastlaşa bilməzsiniz, ona görə də proqres göz qarşısındadır. 



Şəhər gələn kimi biz dərhal mərkəzə yollandıq ki, gəzməli-görməli yerlərə baş çəkək. 
 


Şəhərdə gəzərkən, fərqinə varırsan ki, köhnə binaların demək olar ki, hamısı qırmızı kərpicdəndir. Məsələn, bu, nümunədir...
 


Bir müddət əvvəl binaların bəziləri restavrasiya olunub, onlara yeni orijinal səth vurulub, buna görə də cəlbedici görünürlər. 
 


Şəhər meriyasının qarşısındakı meydan öz görkəmliliyi ilə seçilir. 



Meydan kifayət qədər geniş olduğundan burada şəhər miqyasında böyük tədbirlər keçirilir.
 


Meydanın hər iki tərəfində bir neçə fəvvarə var. Şəhər sakinləri istirahət etmək üçün bura gəlirlər. 
 


Meydanın yaxınlığında şəhərin adını daşıyan məşhur mehmanxana da var. 
 


Meydanı keçəndən sonra biz belə maraqlı bağa gəlib çıxdıq, burada orijinal su kranlar və mərkəzdə balaca fəvvarə var.
 

 

Gəncədə, xüsusilə şəhərin mərkəzində siz çətin ki, azasınız, hər tərəfdə küçə nişanları mövcuddur. Şəhərə ilk dəfə gələnlər, nəyin harada yerləşdiyini bilməyənlər üçün bu nişanlar xüsusilə faydalıdır. 
 


Nəhayət ki, biz Gəncənin ən maraqlı məkanlarından biri olan məkana, Şah Abbas məscidinə gəlib çıxdıq. Qırmızı kərpicdən tikilən məscidi iki gözəl minarə bəzəyir. Məscidin tikintisi 1606-cı ildə yekunlaşıb. Layihənin müəllifi Bahəddindir. Şəhərin ən gözəl tikililərindən biri olan məscidə şəhərin sakinləri ibadət etməyə gəlir. 
 



Məscidin yanında 16-cı əsrdən qalma hamam da var. Onun üzərində iki gözəl günbəz var. Şəhərdəki əksər köhnə tikililər kimi hamam da qırmızı kərpicdən tikilib. 
Köhnə hamam binasının yanında fəvvarə də mövcuddur.
 




 
Ancaq şəhərə gələn turistlər arasında ən populyar məkanlardan biri, Gəncənin sonuncu xanı Cavad Xanın mavzoleyi olan məkandır. Əvvəlki reportajlarda mən bu məkan barədə ətraflı məlumat vermişəm. 
 

 


 
Yuxarıda sadaladığım məkanları və "Xan bağı”na baş çəkəndən sonra, biz digər məkanlara üz tutduq, bir park öz ərazisinin genişliyi ilə məni heyrətləndirdi. Parkdakı arkaya baxanda təəccüb hissi keçirirsən, bu, Parisdəki, Şarl de Qoll meydanında yerləşən Zəfər Tağı deyil ki? Axı oxşarlıq gözə girir. 
 



Parkda əsrlik ağaclar mövcud olmasa da, işçilər yeni əkilən ağaclara qulluq edirlər, nə vaxtsa onlar böyüyəcək və ətrafa kölgə salacaqlar. 

Parkda yaşıllıqlardan düzəldilmiş orijinal heyvan fiqurları var. Yeri gəlmişkən, bu yeganə məkan deyil ki, orada belə fiqurlara rast gəldim. Məsələn, "Xan bağı”nda metal konstruksiyadan düzəldilmiş pianoçunun fiquru vardı, onun üzərini kol örtmüşdü. 

Parkın geniş alleyasını keçəndən sonra, biz yolumuza davam etdik. Bununla da, Azərbaycanın ən gözəl şəhərlərindən birinə olan səyahətimizi başa çatdırdıq. 
 

















www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol