• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neçə nəfər “Xalq” və “Əməkdar” fəxri adı daşıyır?

Azərbaycanda neçə nəfər “Xalq” və “Əməkdar” fəxri adı daşıyır?
06.08.2015 21:52
Maliyyə Nazirliyi Transparency.az-ın fəxri adlarla bağlı sorğusunu cavablandırıb. Rəsmi cavabda qeyd olunur ki, prezidentin 4 iyul 2005-ci il sərəncamı ilə fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manatdır.

Maliyyə Nazirliyi bildirir ki, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat təqaüd müəyyən edilib.

Rəsmi açıqlamaya əsasən, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına verilir. Digər şəxslərə isə təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəyir.

Maliyyə Nazirliyi əlavə edir ki, fəxri adlara görə təqaüdlərin ödənişi üçün dövlət büdcəsinin illik xərcləri 1,7 milyon manatdır.

Nazirlikdə olan son rəsmi rəqəmlərə görə, 2015-ci il aprel ayının 1-dək Azərbaycan Respublikasının "Xalq” fəxri adı alanların sayı 219, "Əməkdar” fəxri adına layiq görülmüş şəxslərin sayı isə 2013 nəfər olub.

Transparency.az bildirir ki, 2015-ci il aprelin 1-dən sonra prezident İlham Əliyev ayrı-ayrı sərəncamlarla 44 nəfərə əməkdar jurnalist, 19 nəfərə əməkdar mədəniyyət işçisi, 8 nəfərə əməkdar həkim, 7 nəfərə əməkdar tibb işçisi, 5 nəfərə əməkdar mühəndis, 5 nəfərə əməkdar dövlət qulluqçusu, 4 nəfərə əməkdar müəllim, 2 nəfərə əməkdar hüquqşünas, 1 nəfərə əməkdar pilot, 1 nəfərə əməkdar elm xadimi, 1 nəfərə xalq artisti fəxri adı verib. Bu hesablama ilə indi Azərbaycan Respublikasında 220 nəfər "Xalq” fəxri adı, 2109 nəfər isə "Əməkdar” fəxri adı daşıyır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol