• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar
28.05.2020 20:01
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Kompleks Kiyevin şimal girişində paytaxtın mərkəzinə gedən yolun üzərində nəqliyyatın ən sıx olduğu yerdə açılıb.
 
Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

YDM 4 yanacaqdoldurma qurğusu ilə təchiz olunub. Burada eyni zamanda 8 avtomobili yanacaqla təmin etmək imkanı var. Neft məhsullarının çeşidi А-95 Nano, А-98 Nano, Nano dizel yanacağı, həmçinin Avro-5 ekostandartına uyğun A-95 və А-92 benzinlərindən ibarətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə YDM-də təkərlərin doldurulması, avtomobilin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təminatı kimi pulsuz xidmətlər göstərilir. Kompleksin ərazisində kafe və mağaza da var. Ödəniş nağd, bank və yanacaq kartları, Level bonus kartları ilə həyata keçirilir. YDM SOCAR-ın yeni loqotipi ilə fəaliyyət göstərəcək. Şirkətin Ukraynadakı digər yanacaqdoldurma komplekslərinin də loqotipi dəyişdirilir.

Qeyd edək ki, Ukraynanın 27 yaşayış məntəqəsində SOCAR brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir. YDM-lərdə Polşa, Litva və Belarusun emal zavodlarında Avro-4, Avro-5 ekostandartlarına uyğun istehsal olunmuş neft məhsulları reallaşdırılır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol