• $
  • €
  • ₽
  • ₺
  • £

EBRD və "LUKoil" Bakıda kredit müqaviləsi imzaladı - Fotolar

EBRD və "LUKoil" Bakıda kredit müqaviləsi imzaladı - Fotolar
07.08.2015 11:23
"Şahdəniz" layihəsi bizim üçün çox əhəmiyyətlidir və burada fəaliyyətimizi genişləndirmək üçün bütün imkanlardan istifadə etməyə hazırıq".
 
"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "LUKoil Azerbaijan" SC-nin Layihə və struktur maliyyələşdirmə Departamentinin rəhbəri Oqtay Mövsümov deyib.

"LUKoil Overseas"in hasilat üzrə vitse-prezidenti Sergey Suçok isə çıxışında bütün problemlərə baxmayaraq,  BP, SOCAR və "LUKoil" arasında münasibərlərin normal olduğunu deyib.

Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "LUKoil" şirkətinə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv strukturun işlənməsi layihəsində iştirakını genişləndirmək üçün 500 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin ayrılmasına dair sazişin imzalanma mərasimi keçirilib. 

"Şahdəniz" qazının Avropanın qazla təminatını asanlaşdırmaqla yanaşı qitənin qaz bazarında maye qazın qiymətinə də təsir edəcək", - deyə EBRD-nin London ofisinin təbii sərvətlər üzrə direktoru Eric Rasmussen deyib.

Qeyd edək ki, kredit "LUKoil" üçün EBRD və Asiya İnkişaf Bankı (ADB) tərəfindən ayrılmalı olan 1 mlrd. dollarlıq kreditin ilk hissəsidir. EBRD bundan öncə "Şahdəniz" layihəsi üçün "LUKoil"un törəmə şirkəti olan "LUKoil Overseas Shah Deniz Ltd." üçün 380 mln. dollar ayırıb. Ödənişin ilk tranşı 2005-ci ildə 180 mln. dollar, ikinci tranşı isə 2014-cü ildə 200 mln. dollar məbləğində olub.

Xatırladaq ki, "Şahdəniz" Azərbaycanın ən böyük qaz yatağıdır və ehtiyatı 1,2 trln. kubmetrdən çox dəyərləndirilir.
 






 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol