• $
  • €
  • ₽
  • ₺
  • £

Yezidi kişisinin son naləsi - KÖŞƏ

Yezidi kişisinin son naləsi - KÖŞƏ
07.08.2015 15:20
Orxan Aslanlı

"Qadın elə bir mələkdir ki, uşaq ikən bizi qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir” -
Avreli Avqustin

Qadınlar haqqında bu cür düşüncələrin, fikirlərin, söyləntilərin, həqiqətlərin olmasına baxmayaraq söhbəti açacağım mövzu daim onları əzməyə çalışan, dəyərini və qiymətini anlamayanların mövcudluğu haqqındadır.   

İŞİD yarandığı gündən törətdiyi vəhşilikləri, qəddarlıqları və amansızlıqları ilə yaddaşlarda silinməz iz qoyub. İŞİD haqda çox şey demək olar: dünyanı ən çox qorxuya salan terror qrupu, insanları ancaq öz qanunlarına tabe etməyə, onları ən acımasız üsullarla məhv etməyə çalışan yalançı, qondarma dövlət və s. Amma İŞİD-in qadınlara qarşı münasibəti digər vəhşilikləri ilə heç cürə müqayisə olunmazdır. Qadın İŞİD gözündə bir heçə, yoxluğa bərabərdir.

Qadın haqqında müqəddəs fikirlərin deyilməsinə baxmayaraq (Məhəmməd peyğəmbər (s): «Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür». "Cənnət Anaların ayaqları altındadır”)  özlərini müsəlman adlandıran İŞİD terrorçuları nə üçün ən çox qadınlara zülm edir, onlarla istədikləri kimi davranırlar?

İŞİD terror qruplaşması hücum etdikləri, partlayış törətdikləri bölgələrdə insanları öldürdükdən sonra talançılığa, qarətə başlayırlar. Təəssüf ki, onların ələ keçirdikləri ən böyük qənimətləri canlı varlıqlar – qadınlar olur. Buna misal olaraq, 2014-cü ilin avqust ayının 3-də İŞİD-in Mosulun Şenqal(İraq dövləti) ərazisinə geniş miqyaslı hücumu və bu hücum nəticəsində 5 minə yaxın yezidinin öldürülməsi, 4 min yezidi qadının isə əsir götürülməsini deyə bilərik. 

Yezidilərə bu vaxta qədər hücumlar çox olub və İŞİD-in bu hücumunu onlar "74-cü soyqırım” adlandırırlar. Artıq bu cür vəhşiliklərdən bezib qorxu altında yaşamağa məruz qalan yezidilər bütün dünyaya sual edir: Dünya niyə qızlarımızı xilas etmir? 

Bu, bir yezidi kişisinin xahişi, tələbi deyil, bu, bir əlacsız qalan atanın, boğazına bıçaq dirənmiş qardaşın öz ana-bacısının xilas edilməsindən ötrü çəkdiyi son nalədir. 

Tarix boyu güclü insanları – şahları, sərkərdələri, igidləri, qəhrəmanları mənən yaralamaq, fiziki yoxluğundan əvvəl ruhi heçliyə endirmək üçün onların qadınlarına, ana-bacılarına toxunulub, namuslarına ləkə atmağa çalışılıb. Bu faktlara dünyanın hər bir ölkəsinin tarixində rast gəlmək mümkündür. 

Amma İŞİD qədər qadınlara, qızlara vəhşi münasibət bəsləyən ikinci bir terror qruplaşması, insanlığın düşməni hələ kimi nə tanınıb, nə də meydana gəlib. Dünya bir ovuc İŞİD döyüşçüsü ilə doğrudanmı, bacara bilmir? Bunu sadə bir misal ilə izah etməyə çalışacam: Təsəvvür edin, bir nəfər gözünüzün qarşısında suda boğulur və siz də kömək edə biləcəyiniz halda ona yardım əlinizi uzatmırsınız. Yezidi qadın və qızları bu gün bu durumdadırlar. Dünya çox asanlıqla onlara əl uzada bilər, amma eləmir, eləmək istəmir.
 
Budur, haqq axtarmağa çalışdığımız, haqsız olanın hər zaman yanında olacağımıza dair söz verdiyimiz, bu həyatda bəlkə də hamıdan, hər şeydən çox haqqın öz yerini tutmasını istədiyimiz, amma yenə də haqsız, haqsız, haqsız dünyamız...



www.ann.az
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol