• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir iş adamı həbs olundu

Azərbaycanda daha bir iş adamı həbs olundu
07.08.2015 19:32
"O, əmlakını girov qoyub”.

Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit borcunu ödəmədiyi üçün daha bir iş adamı həbs edilib.

Oxu.Az xəbər verir ki, vəkil Adəm Məmmədov APA-ya bildirib ki, Mingəçevir "İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev iki ay əvvəl Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanmış cinayət işinin istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.

A. Məmmədov həmçinin qeyd edib ki, M. Mehdiyev Azərbaycan Beynəlxalq Bankından 30 milyon ABŞ dolları kredit götürüb: 

"Müdafiə etdiyim şəxs götürdüyü kreditin 17 milyonunu qaytarıb. Qalan 12 milyon 760 minini isə qaytara bilməyib. Lakin o, borc müqabilində əmlakını girov qoyub”.

M. Mehdiyevin həbsi barədə ilk olaraq "aznews" saytı xəbər yayıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup iş adamı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub.

Adı çəkilən iş adamları da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.    


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol