• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda cinayətkar gənclərin sayı azalıb

Azərbaycanda cinayətkar gənclərin sayı azalıb
07.08.2015 22:09
2014-cü ildə 15 560 nəfər cinayət törətmiş şəxs aşkar olunub.

Ötən il Azərbaycanda cinayət törədən şəxslərin 41,4 faizi 14-29 yaşlı gənclər olub.

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2014-cü ildə 15 560 nəfər cinayət törətmiş şəxs aşkar olunub. Onların da 6441 nəfəri və ya 41,4 faizi 14-29 yaşlı gənclərdir. Cinayətlərin 84 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 29 faizi şəxsiyyət əleyhinə, 35 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 31 faizi iqtisadi sahədə, 6 faizi isə digər sahələrdə törədilib.

Komitədən bildirilib ki, son illər gənc nəsli milli adət-ənənələrimizə, mənəviyyatımıza, əxlaqımıza zidd olan əməllərdən çəkindirmək, bütün bəşəriyyəti narahat edən zərərli vərdişlərdən qorumaq, cinayətkarlıq hallarının qarşısını almaq məqsədilə görülmüş tədbirlər, asudə vaxtlarını səmərəli keçirmək üçün istifadəyə verilmiş olimpiya idman kompleksləri, yeni açılmış iş yerləri öz töhfəsini verib. Bunun nəticəsində 2012-ci ilə nisbətən 2014-cü ildə cinayət törətmiş gənclərin ümumi sayında 7,7 faiz azalma olub. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhd 11,5 faiz, xuliqanlıq cinayətləri üzrə 5,3 faiz azalıb.

Xatırladaq ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,1 faizini gənclər təşkil edir. Gənclərin 52 faizi şəhər yerlərində, 48 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 49 faizini qadınlar təşkil edir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol