• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevi əməliyyat edən həkimdən açıqlama

Rasim Əliyevi əməliyyat edən həkimdən açıqlama
29.05.2020 02:51
Onun qarnında litr yarımdan çox qan var idi

Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölüm səbəbləri açıqlanıb. Jurnalist Rasim Əliyevin əməliyyat edən professor Saday Əliyev "Report"a bildirib ki, R.Əliyev klinikaya avqustun 8-də saat 18:45-də daxil olub: "Xəstə təcili yardım maşınının həkimlərinə deyib ki, onu döyüblər. Başına, qarnına, döş qəfəsinə, sinəsinə, qabırğasına ağır zərbələr endiriblər.

Xəstə klinikaya daxil olan kimi bütün müayinələrdən keçib. Bura laborator, rentgen, ultrasəs müayinəsi daxildir. Eyni zamanda başı, burnu, yəni baş hissəsinə aid olan bütün travmatoloji müayinələr aparılıb. Həmin an üçün təcili əməliyyatlıq bir şey tapılmadı. Yalnız rentgen müayinəsi ilə iki qabırğanın sınığına rast gəldik. Xəstəyə bildirdik ki, o, müalicəsini xəstəxana şəraitində davam etdirməlidir. Xəstə bunun səbəbini soruşanda, başa saldıq ki, sənin bədən nahiyəndə çoxlu zədələr var, hər hansı ciddi fəsadların çıxa bilmə ehtimalı var. Anası da söhbətimizin üstünə gəldi, o, təkid etdikdən sonra xəstə klinikada qalmağa razılıq verdi. Onu nəzarətdə saxlamaq üçün şöbəyə yatırtdıq. Çünki adətən müayinə zamanı bir şey aşkar olunmadıqda, xəstəni nəzarətdə saxlayırıq ki, əvvəl etdiyimiz müayinələri yenidən təkrar edək.

Bir müddət sonra tibb bacısı xəstənin vəziyyətinin ağırlaşması barədə məlumat verdi. Müayinədən sonra onu təcili əməliyyata aldıq. Əməliyyat həmin gün saat 20:00 radələrində olub. Əməliyyat zamanı onun dalağının dağılması müşahidə olundu, mədəaltı vəzinin quyruğu da partlamışdı, qarnında litr yarımdan çox qan var idi. Mümkün olan qədər qanın müəyyən hissəsini köçürə bildik, hətta əlavə qan da köçürtdük. Həmin zaman xəstənin qan təzyiqi düzəldi, lakin əməliyyatın sonunda onun tənəffüsündə müəyyən problemlər yarandı . Eyni zamanda, nəfəs çatışmazlığı problemi də ortaya çıxdı. Hər iki döş qəfəsinin sınması və ağciyərlərinin əzilməsi ilə əlaqədar döş qəfəsinin boşluğuna trubkalar saldıq, bu zaman bir tərəfdən 150 qram qan gəldi, digər tərəfdən isə qan yox, hava gəldi. Sonradan bu da kəsildi, nə qan, nə də hava gəldi. Bunun ardınca onda ağciyərlər və döş qəfəsinin zədələnib-əzilməsi səbəbindən oksigen çatışmazlığı baş verdi. 

Bundan sonra xəstəyə reanimasiya şöbəsində süni tənəffüs aparatı qoşuldu. Həmin zaman onun tənəffüsü idarə olundu. Buna baxmayaraq, sonda tənəffüs funksiyası dayandı. Bununla da xəstə dünyasını dəyişdi. Bu məsələdə heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz. Belə xəsarətlər zamanı xəstəyə lazım olan bütün taktikadan istifadə etdik. Bu barədə bizim təcrübəmiz kifayət qədərdir. Çünki həftədə bir neçə dəfə bu tip xəstələri qəbul edib, əməliyyat edirik, onların arasında həm ölən, həm də sağ qalan da olur.

Müstəntiqlər bizdən izahat alıb. Morqdan verilən izahatla bizim diaqnoza uyğun gəlib. Yəni, biz diaqnostik səhvə yol verməmişik".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol