• $
  • €
  • ₽
  • ₺
  • £

Bəs Rasim? Onu geri qaytarmaq ki, mümkün olmayacaq... - KÖŞƏ

Bəs Rasim? Onu geri qaytarmaq ki, mümkün olmayacaq... - KÖŞƏ
10.08.2015 14:10
Rasim – bundan sonra bu adı redaksiyada kimsə dilinə  gətirəndə tərəddüd edəcək, kimisi kədərlə, kimisi göz yaşı ilə, kimisi başqalarına əsəb və hiddətini bildirməklə onu anacaq. Bəli, 9 avqustda biz və Rasimin yaxınları, əzizləri, Azərbaycanın jurnalist ictimaiyyəti gənc reportyoru, jurnalisti, cəsarətli və mərd bir dostu itirdi. 

Amma bu o demək deyil ki, Rasim artıq yada düşməyəcək, xatırlanmayacaq. Yox, tam əksinə, Rasim bununla tarixə düşdü. Sanki hansısa yarışın, hansısa müsabiqənin 3 ən yüksək yeri olduğu kimi, Azərbaycanda da öldürülən jurnalsitlər, qələm sahibləri kimi Rasim 3-cü yeri tutdu – Elmar Hüseynov, Rafiq Tağı və Rasim Əliyev. Bizim Rasim... Hamının Rasimi... 

O öz sözünü azad şəkildə söylədi və ölümü bahasına da olsa, dediklərini həyata keçirdi: Cavid Hüseynov bundan sonra yəqin ki, Avropa meydanlarında bizi təmsil etməyəcək və  bir müddətlik də olsa da "Qəbələ” klubundan uzaqlaşdırıldı. 

Onunla tanışlığımızın qısa tarixi var - cəmi 7 ay. Adama dəyər vermək, tanımaq üçün xeyli uzun müddətdir əslində. Bu vaxt ərzində birlikdə çəkilişlərdə də olduq, cəbhə ətrafı ərazilərdə birlikdə press-turlarda da iştirak elədik. Bu səfərlər zamanı, elə redaksiyada da Rasim özünü yaxşı bir insan kimi deyil, dost-qardaş kimi sevdirə bilirdi. Hərdən zarafatla ona deyirdim: "Özün cılız olsan da o ürəyin çox genişdi”. Rasim isə cavabında: "Əsas ürəkdi” – deyib əlini sinəsinin sol tərəfinə vururdu. Yəqin, o axşam o ürəyin üstündən daha çox zərbələr vuruldu, Rasim, ona görə dözmədi, səni xilas edə bilmədi o ürəyin... 

Rasim çox zarafatcıl insan idi... Ən pis, ən əsəbi vaxtında elə bir söz. Elə bir ifadə işlədirdi ki, bütün neqativlik səni tərk etməyə məcbur olurdu.  Demək olar ki, yaşlısından tutmuş cavanına kimi hamı ilə ünsiyyət qurmağı bacarırdı.

Xatırlayıram, birlikdə olduğumuz press-turların birində olarkən Rasim belə bir söz demişdi: "Heç cürə haqsızlığa dözə bilmirəm. Kimliyindən asılı olmayaraq, kim kimə haqsızlıq edirsə, reaksiyamı bildirməliyəm”. 

Ölümündən 2-gün əvvəl işdə etdiyi zarafatı da kollektiv üzrləri indi göz yaşları ilə yada salır: Maaşlar 2 gün gecikdirilib, hamı iradını bildirir. Rasim isə zarafat edə-edə deyirdi: "Maşlarımızı yəqin "bunt” ediblər”. Sonra stəkandakı kofeni  qarışdıra-qarışdıra əlavə elədi: "Maaş alanda kofenin dadı da başqa cür olacaq”. 
 
 
Rasim, redaksiyada son kofesini içdiyi an 

Biz o geçikmiş maaşı alacayıq, amma sən yox. Bu ay alacağımız əmək haqqlarımız bəlkə həyatda ilk dəfə əlimizi, ovcumuzu bu qədər yandıracaq. Rasim, axı sənin redaksiyada içdiyin son kofe dadsız oldu... 

Mənim üçün ən çox yaddan qalan xatirəsi "ABŞ prezidentinin kişi sevgisi” başlığı ilə yazdığım köşəyə münasibət bildirməsi olmuşdu: Rasim yazmışdı: Orxan, Obamaya iradını belə bildirdi? Məni tənqid edirdi ki, Obamaya belə irad bildirmək düz deyil. Mənsə, özlüyündə Rasimə əsəbləşmişdim ki, niyə yazıma bucür münasibət bildirir.   

9 avqustda Rasimin döyüldükdən sonra dünyasını dəyişməsi sosial şəbəkələrdə yeni geniş mövzuya çevrildi. Rasim Cavid Hüseynovun kiprli jurnalistə etdiyi jestə bucür münasibət bildirib:

"Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun, məni Avropa meydanlarında təmsil etməsini İSTƏMİRƏM”  - "Qəbələ”nin keçmiş kapitanı Cavid Hüseynovun jurnalistə pis jestindən sonra Rasim belə bir status paylaşmışdı. "Kimliyindən asılı olmayaraq, kim kimə haqsızlıq edirsə, reaksiyamı bildirməliyəm” – Rasim bu fikrinə sadiq qalaraq kiprli və bəlkə heç adını bilmədiyi, üzünü belə tanımadığı həmkarını haqsızlıq edən şəxsdən belə müdafiə elədi. Təəssüf ki, ilk vaxtlar Rasimi bu sözlərinə görə qınayanlar, hətta bunu futbolçuya qarşı ittiham kimi qiymətləndirənlər də oldu. Amma Rasim 6-7 nəfər tərəfindən döyüldü, xəstəxanada dünyasını dəyişdi. Bundan sonra Rasimi qınayanlar Rasimin ölümünə heyfslənib, göz yaşı tökdülər. Geç idi, çox gec: "Sağlığında qiymət verin insanlara”. 

Rasim haqqında video süjetləri izlədikdə hər dəfə haqqın tərəfdarı olduğu bir daha görünür. "Youtube” şəbəkəsində Rasimin olduğu video çəkilişlərdə də bunu bir daha sübut edir:
 


Rasimin ölümü haqqında deyilənlər çox oldu: Gah dedilər həkimlər edib, gah dedilər zərbələrin təsirindədir, gah da dedilər qəslə xəstəxanada öldürüblər. Amma Rasimi öldürən bizlər olduq: ona kömək əlimizi uzada bilməyən, onun ən dar zamanında dəstək olmayan, döyülən vəziyyətdə özü tək başına xəstəxanaya gəlməsinə imkan yaradan cəmiyyətimiz öldürdü. Onu məsuliyyətsizlik, ölkədəki cəzasızlıq şəraiti, harınlıq, özbaşınalıq öldürdü. 
Bir ailənin çıqağı söndü, ana balasız, ata oğulsuz, bacı qardaşsız, sevgili sevdasız qaldı. 

Rasim indi sənin haqqında yazılanları oxuyuruq və bu bizim üçün çox ağrılıdı: "Həmişə hər yerə gecikən Rasim ölüm üçün niyə bu qədər tələsdin!!!”

Rasim sonuncu müsahibəsində də deyirdi: "Mən Cavidin bibisi oğlu ilə telefonda danışanda da bildirdim ki, Cavidlə danışıb məsələni həll etmişik. Görüşməyə ehtiyac yoxdur”. Bu cümlə ilə sən ölməyə tələsdiyini göstəmirdin, Rasim. Səni bizdən, bu sahədən, sevdiklərindən alan o insanlar görəsən vicdan əzabı nədir bilirlərmi? 

Qeyd edim ki, avqustun 16-sı Rasim Əliyevin doğum günüdür. Yaşasaydı 31 yaşı tamam olacaqdı. Amma Rasimin yaşamasını istəməyənlər oldu. İndiki halda onlardan yalnız birinin adı ictimaiyyətə məlumdur -  21 yaşlı Elşən İsmayılov. Digərlərini də tanımaq və onların ən layiqli cəzasını almaq ümidi ilə...

Bəs Rasim? Onu geri qaytarmaq ki, mümkün olmayacaq...

Orxan Aslanlı
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol