• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: “İŞİD-in Azərbaycanda heç bir dayağı yoxdur”

Mübariz Qurbanlı: “İŞİD-in Azərbaycanda heç bir dayağı yoxdur”
29.05.2020 00:19
"Bəzi radikal terror təşkilatları Azərbaycanda tərəfdarlar toplamaq istəyirlər, amma bilsinlər ki bunun qarşısı qətiyyətlə alınacaq”

 "İŞİD qruplaşması Türkiyə üzərindən Naxçıvanla sərhəddə Azərbaycana yaxınlaşması, Azərbaycanda bu təşkilata meylli radikalların hansısa ayrı-ayrı şəxslərin ətrafında mərkəzləşməsi ilə bağlı yayılan məlumatlar da əsassızdır”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı qeyd edib ki, təəssüf ki, bəzi mətbuat orqanları bəzi radikal din nümayəndələrini lider kimi təqdim edib, onların bəyanatlarını tirajlayırlar və bununla cəmiyyətdə yanlış təəssürat yaradırlar. İŞİD-in nəinki regionda, dünyanın gündəmində olduğunu xatırladan Komitə sədri deyib ki, Azərbaycanda İŞİD-in hansısa bir dayağı, sosial bazası, məntəqəsi yoxdur və ola da bilməz: "Hansısa xırda radikal qruplaşma burada İŞİD-in tezislərini təkrar edirsə, bu o demək deyil ki, Azərbaycanda bunların hansısa dayağı olsun. Bu qruplaşmaya bağlı, digər qruplaşmaya əsaslanan bəzi radikal təşkilatlar Şimali Qafqazda, həm də Azərbaycanda yayılmaq, tərəfdarlar toplamaq istəyirlər. Cəhdlər var. Amma bilsinlər ki, bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Həm hüquq-mühafizə orqanlarımız bununla bağlı yüksək qabaqlayıcı tədbirlər görürlər, həm də maarifləndirici-ideoloji tədbirlərimiz yüksək rol oynayır”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda müəyyən radikal qüvvələr var: "Amma onlara qarşı digər qurumlarla birgə apardığımız işlər kifayət qədər yaxşı nəticələr verir. Biz məscidlərdə bu qruplaşmaların təbliğat aparmasının qarşısını alırıq və alacağıq. Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu işi görürük. O ki qaldı hansısa silahlı birləşmələrə adam toplamaq ilə məşğul olanlara, birbaşa terror qruplaşmalarının təbliğatını aparanlara qarşı da müvafiq qurumlar məşğul olurlar, zaman- zaman bu cür şəxslər olarsa cavab verməli olacaqlar”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol