“Qəbələ” həbs edilən futbolçu haqda açıqlama yaydı

"Qəbələ” klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovla bağlı açıqlama yayıb.
Qol.Az-ın xəbərinə görə, klubun rəsmi Facebook səhifəsi vasitəsilə yayılan açıqlama deyilir:
"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir.
Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.
Həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























