• $
  • €
  • ₽
  • ₺
  • £

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi növbəti layihəsini yekunlaşdırdı - Fotolar

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi növbəti layihəsini yekunlaşdırdı - Fotolar
10.08.2015 15:38
Layihə çərçivəsində "Deyerlerimiz.az” internet saytı da hazırlanıb

Ötən gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDTİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "ibtidai sinif şagirdlərinin dünyagörüşlərinin inkişafında sinifdənxaric işlərin rolunun təbliği” layihəsi çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib.
 
 
Tədbiri giriş sözü ilə açan DMDTİB sədri Əli Cəfərov bildirdi ki, layihənin həyata keçirilməsindən əsas məqsəd ölkə gənclərinin asudə vaxtlarını səmərəli keçirmələri, o cümlədən zərərli vərdişlərdən uzaq durmaları, kənar təsirlərdən qorunmaları və s. ilə bağlı bir sıra tədbirlər planının təşkili olmuşdur. Daha da konkretləşdirsək, şagirdlərin maarifləndirilərək hazırkı dövrün baş bəlalarına çevrilmiş narkomaniyadan, radikal dini qruplaşmalara meyl etmə sindromundan, milli əxlaqımıza zidd əməllərdən çəkinmək və həyatda öz layiqli yerlərini tuta bilmək istiqamətlərində təlim-tərbiyəsinə hesablanmışdır.
 
 
Layihə gəncliyin formalaşması yolunda ilk addımın ibtidai sinif şagirdləri arasında maarifləndirmə işləri aparılmasını nəzərdə tutur. Yəni, şagirdlər cəmiyyətə adaptasiya olunmağa başladığı zaman, paralel olaraq artıq onlarla bağlı təbliğatın da qurulmasını vacib sayır.  Bununçün ən münasib vasitələrdən biri kimi sinifdənxaric işlərin təşkilini zəruri hesab edir.
 
 
DMDTİB sədri layihənin icrası barədə ətraflı məlumat verərək qeyd etdi ki, təlim planına uyğun olaraq Bakı şəhər 22 saylı orta məktəbdə ibtidai sinif şagirdlərindən ibarət 2 qrup yaradılıb: "Bu qrupların yaradılmasından məqsəd şagirdlərin dünyagörüşlərinin formalaşması üçün onlara Azərbaycan şifahi xalq ədəbiyyatından nümunələrin öyrədilməsi, kinofilmlərdən və din xadimlərinin kəlamlarından ibarət hikmətli sözlərlə bağlı maarifləndirmə işləri aparmaqla onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasına, əxlaqi vərdişlərinin zənginləşməsinə xüsusi töhfələr vermək olmuşdur. Hər qrupa məktəbdə 4 təlim keçirilib. Eyni zamanda  Heydər Əliyev parkında "şagirdlərin ictimai yerlərdə davranış qaydaları” ilə bağlı hər qrupa daha bir praktiki təlim də keçirilib. Bütövlükdə layihə 4 mərhələni əhatə edib”.
 
 
Tədbirdə o da məlum oldu ki, layihə çərçivəsində deyerlerimiz.az internet saytı da hazırlanaraq oxucuların ixtiyarına verilib. Yaxın gələcəkdə saytın rus və ingilis dili versiyaları da hazırlamaq nəzərdə tutulur.
 
 
DMDTİB sədrinin ictimaiyyətə açıqladığı hesabat nitqindən sonra layihə ətarafında diskussiya xarakterli müzakirələr aparılıb. Tədbirdə iştirak edən jurnalist-publisist Nəzirməmməd Zöhrablı, ADİP-in Gənclər Təşkilatının fəal üzvlərindən Nərmin Şamilbəyli, Xəbəral.az saytının şef-redaktoru Mir İsmayıl, Vaqif Abbasov, Kəlbəcər qəzetinin redaktoru Nizami Şirintürk, F.Bayramov adına 22 saylı tam orta məktəbin müəlliməsi Aloeva Tünzalə,  DMDTİB-in sədr müavini Cavid Cəfərzadə və başqaları layihənin əhəmiyyətindən danışdılar, onun milli-mənəvi dəyərlərimizin şagirdlər – sabahın potensial gəncliyi arasında təbliğini çox yüksək dəyərləndirdilər.
 
 
Layihənin bütün ölkə məktəblərini əhatə etməsinin vacibliyi xüsusi vurğulandı.
 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol