• $
  • €
  • ₽
  • ₺
  • £

UEFA Superkubokunun qalibi bəlli oldu

UEFA Superkubokunun qalibi bəlli oldu
12.08.2015 09:00
İspaniyanın iki klubu Tiflisdə Superkubok matçında üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdəki "Dinamo Arena”da baş tutan görüşdə Çempionlar Liqasının son qalibi "Barselona” ilə Avropa Liqasını qazanan "Sevilya” münasibətlərinə aydınlıq gətiriblər.
 
Tarixi ərzində 9-cu dəfə Superkubokda iştirak etmək imkanı əldə edən "Barselona” 5-ci dəfə bu kuboku müzeyinə aparmaq və bu baxımdan rekordçu "Milan”a çatmaq arzusunda idi.
 
"Sevilya” isə tarixi ərzində 4-cü dəfə Superkubok matçına çıxıb. Birinci və sonuncu dəfə 2006-cı ildə məhz "Barselona” üzərində qəbələ qazanaraq (3:0) Superkuboka yiyələnən Əndəlüsiya klubu 9 illik həsrətə son qoymaq niyyətində idi.
 
Qarşılıqlı qollarla başlayan qarşılaşmada azarkeşlər qol "yağışı"na şahidlik ediblər. "Sevilya" hesabı açmasına baxmayaraq, "Barselona" dərhal buna qarşılıq verib və ikinci hissənin əvvəlində 4:1 hesabı ilə önə keçib. Lakin təslim olmayan əndəlüsiyalılar möhtəşəm geri dönüş etməyə müvəffəq olublar. Nəticədə 90 dəqiqəlik mübarizə 4:4 hesabı ilə başa çatıb. Bu isə görüşün daha yarım saat uzanmasına səbəb olub.
 
Əlavə vaxtda Pedro Rodrigesin vurduğu qol dramatik qarşılaşmada "Barselona"ya qələbə qazandırıb. Bununla da, kataloniyalılar bu il İspaniya La Liqası, İspaniya Kral Kuboku və UEFA Çempionlar Liqasından sonra UEFA Superkubokunun da qalibi olub.
 
 
Avropa Superkuboku
11 avqust
 
"Barselona” (İspaniya) – "Sevilya” (İspaniya) - 5:4
 
Qollar: Messi, 7, 16, Rafinya. 44, Luis Suares, 52, Pedro, 115 - Baneqa, 3, Reyes, 57, Qameyro, 72 (pen.), Konoplyanka, 81
 
"Barselona": 1. Mark-Andre Ter Ştegen, 3. Xerard Pike, 14. Xavyer Maskerano, 6. Dani Alveş, 24. Ceremi Matyu, 5. Serxio Buskets, 4. İvan Rakitiç, 8. Andres İnyesta (k), 12. Rafinya, 9. Luis Suares, 10. Lionel Messi
 
"Sevilya": 13. Beto, 3. Adil Rami, 4. Qrzeqorz Kriçovyak, 2. Benoit Tremulinas, 23. Koke, 19. Ever Baneqa, 7. Mixael Kron-Dehli, 20. Viktor Vitolo, 8. Visente İborra, 10. Xose Antonio Reyes, 9. Kevin Qameyro
 
Baş hakim: Villi Kollum (Şotlandiya)
 
Stadion: "Dinamo Arena” (Tiflis, Gürcüstan)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol